"Azərbaycan oturuşmuş bir ölkə kimi özünü kifayət qədər inamlı hiss edir"

17:06 03-06-2020 | icon 403 | Siyasət
"Azərbaycan oturuşmuş bir ölkə kimi özünü kifayət qədər inamlı hiss edir"

Əlisahib Hüseynov: "Ölkəmizə qarşı səmimi dost və müttəfiq münasibət bəsləyən ölkələrin sayı get-gedə artır"

 

"Asiya İnkişaf Bankının prezidentinin təşəbbüsünə əsasən dövlət başçımız İlham Əliyevlə videokonfrans formatında keçirilən görüş Azərbaycanla bağlı bir sıra pozitiv məqamları üzə çıxardı. Belə ki, sözügedən bankın rəhbəri Azərbaycanın pandemiya dönəmində nümunəvi davranışını, koronavirus infeksiyasının fəsadlarından əziyyət çəkən ölkələrə qarşı humanist addımlar atmasını xüsusi qeyd etdi və bildirdi ki, Azərbaycan dövləti 14 dövlətə pandemiya dövründə maliyyə dəstəyi verib, digər yardımlar edib, tibbi ləvazimatlar göndərib".

 
 
Bunu Versus.Az-a açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədrinin sözlərinə görə, bu faktın özü onu göstərir ki, Azərbaycan oturuşmuş bir ölkə kimi özünü kifayət qədər inamlı hiss edir və Türk Şurasındakı, Qoşulmama Hərəkatındakı liderlik vəzifələrinin öhdəsindən layiqincə gələ bilir:
 
"Prezident İlham Əliyevin də vurğuladığı kimi, pandemiya dövrü hər bir dövlətin simasını əyani şəkildə göstərdi, kimin özünü necə aparması, hansı potensiala malik olması tam şəkildə üzə çıxdı. Bu faktın özü heç kimə sirr deyil ki, bu gün dünyanın 150-yə yaxın ölkəsi beynəlxalq maliyyə institutlarına müraciət edərək, yardım istəyib. Əks halda onlar pandemiyanın öhdəsindən təkbaşına gələ bilməyəcəklərini vurğulayıb. Lakin sevindirici haldır ki, bizim ölkəmiz bu dövlətlərin sırasında deyil. Əksinə, bu gün Azərbaycan özü iki beynəlxalq təşkilatın rəhbəri kimi başqalarına maliyyə yardımı göstərir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar vəsait ianə edib. Əlavə olaraq, ÜST-ün xətti ilə pandemiyadan ziyan çəkən daha 15 ölkəyə yardım göstərilməsi nəzərdə tutulur. Azərbaycanın bu cür qlobal yardım təşəbbüsləri son vaxtlarda ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib. Azərbaycana qarşı səmimi dost və müttəfiq münasibəti bəsləyən ölkələrin sayı get-gedə artır. Bütün bunlar isə Qarabağ problemimizin çözülməsi prosesində Azərbaycan üçün hava-su kimi vacib olan etibarlı beynəlxalq dəstəyə nail olmaq şanslarımızı artırır".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”