Müsəlmanlarla xristianların barış içərisində yaşadığı möcüzənin ünvanı – Kapadokya – İKİNCİ YAZI

15:43 02-06-2018 | icon 2617 | Araşdırma
Müsəlmanlarla xristianların barış içərisində yaşadığı möcüzənin ünvanı – Kapadokya – İKİNCİ YAZI

 

İnanclara görə, Hayal Vadisində tutulan bütün diləklər gerçək olur

 

 

AĞANİSƏ SULTANOVA

/Türkiyə, Kapadokya/

 

Kapadokiyanın hər qarışı tarix, möcüzədir. Bu cografiyaya səfər edənlər Hayal Vadisini görməmiş geri dönməzlər. Zatən buranı görməmək günahdır. Kapadokyanın tarixini çox gözəl bilən bələdçi qardaşım Ferhat Akbaş deyir ki, Hayal Vadisində tutulan bütün diləklər gerçək olur. Bizə də burada dilək tutmağı məsləhət görür.

 

Qeyd edim ki, 50 milyon il öncə, Kapadokya ərazisi böyük bir dəniz idi. Vulkan püskermələri, yanardağaların əriməsi nəticəsində qayalarla dolu vadilər yaranıb. Daha sonra küləklər, sellər bu qayaları Pəri Bacalarına çevirib.

 

Hayal Vadisi Avanos bölgəsində yerləşir. Burada o qədər maraqlı görüntülər var ki, elə bil hamısı əl ilə yaradılıb. Ötən yazımda da qeyd etdiyim kimi, bütün bunlar ALLAHIN möcüzəsi və Türkiyəyə bəxş etdyi lütvüdür. Yüksək qayalıqlara baxanda gəlin və bəyin rəqs etdiyini görürsən. Bir az da diqqətlə baxanda toya gələn insanlar. Sənə elə gəlir ki, vadidəki bütün pəri bacları bir vaxtlar canlı olublar, indi isə daşa dönüblər. Gün batımında Hayal Vadisinin rəngi dəyişir və daha bir möcüzənin şahidi olursan. Elə buna görə də adı həm də Pembe Vadi olaraq bilinir.

 

“Asmalı konak” dizisini seyr etməsəm də, bildirilir ki, Hayal Vadisi sözügedən dizinin fonu olaraq istifadə edilib. Dəvə şəklindəki Pəri Bacaları da Kapadokyanın belə demək mümkünsə, simalarınadan biridir.

Kapadokyanın hər qarışını oldugu kimi, Hayal Vadisini də gözlərinizlə görmək gərəkir. Mənə elə gəlir ki, bu cografiya barədə nə qədər yazsam, azdır, insan buranı özü görməlidir.Yuxarıda qeyd etdiyim kimi, qayalarda qərar tutan heyvanlar – dəvələr, quşlar, atlar, dovşanlar elə bil ki, bir vaxtlar canlı olub, sonradan daşa dönüblər. Dağlarda qoyun otaran çobanlar, Məryəm Ana, Napaleon, rəqs edən qadınlar....Bura sadəcə, möcüzədir.

Paşabağlarında oldugu kimi, Hayal Vadisi barədə də müxtəlif əfsanələr dolaşır. Əfsanələrin birində deyilir ki, Aktepede pərili vadidə bir türbə vardı. Türbənin ətrafında Dədə adında bir bilgə yaşayırdı, əlindəki əsasını yerə vuranda torpagdan su çıxırdı. Günlərin birində vadiyə “gavur ordusu” gəir, Dədəni və orada yaşayan insanları öldürmək istəyirlər. Bu zaman əlini ALLAHA açan Dədə  - “YA RƏBBİM düşməni daşa döndər, quşa döndər” – deyə dua edir. ALLAH Dədənin dualarını qəbul edir, düşmənləri heyvanları ilə birlikdə daşa çevirir. Buna görə də deyirlər ki, onlar dualarla cəzalandırııb, daşa dönüblər.

 

Kapadokyaya gedib Görəməni görmədən geri dönmək olmaz

Görəmə Açıq Hava Muzeyində insan min illər öncəyə səyahət edir. Buralar o qədər zəngindir ki, heç bu səyatdən geri dönmək istəmirsən. Kapadokyanın hər yerində oldugu kimi burada da minlərlə Pəri Bacaları var. Bu qayaların içərisində minlərlə evlər, kilsələr, monastrlar, yeməkxanalar oyulub.

Qeyd edim ki, Görəmə həm də kilsə, monastr təhsil sisteminin başlanğıcı olan yer kimi də bilinir. Buradakı muzeydə xristianlığın ilk dönəmləri, boya ilə divarlarda əks olunan şəkillərdə İncilin və Həzrəti İsanın həyatından  hekayələr yer alır. Eyni zaanda bu Açıq Hava Muzeyində Qızlar və Oglanlar üçün olan monastrları, Aziz Basileus kilsəsini, Elmalı kilsəni, Aziz Barbara kilsəsini, Yılanlı kilsəni və s. görə bilərsiniz. Bu muzey 1985 – ci ilin 6 dekabrında YUNESKO – nun Dünya Mirası Siyahısına daxil edilib. Deyilənlərə görə, Aziz Basileus bölgəyə gəlişi ilə xristianlıq daha geniş yayılmağa başlamış və o, məktəb açaraq, şagirdlər yetişdirmişdi.

 

Görəmədə - Pəri Baclarında oyulan hotellərdə  milyon illər öncə də yaşamaq imkanınız var.

Hazırda Görəmədəki Pəri Bacalarını bəziləri hotel kimi fəaliyyət göstərir. Burada hər şey milyon illər öncə də oldugu kimidir. Yaşayış üçün nə gərəkirsə, hamısı daşlardan oyulub. Stol, stul, çarpayılar.... Deyirlər ki, Pəri Bacaları hotellərindən gün dogumunu izləməyə başqa biryerdə rast gəlinə bilməz. Bu hotellərdə bir gün qalmaq təxminən 1000 ABŞ dollarıdır. Öyrənirəm ki, bəzən hotelləri qabaqcadan sifariş verirlər, çünki, təlabat çoxdur. Mən də düşünürəm ki, əslində imkanın varsa, kim stəməz ki, bir günlük də olsa, milyon illər öncəyə səyahət rdib, orada yaşamasın.

 

P.S: Təşəkkürlərim GTN Tours LTD-nin gözəl kollektivinədir. Onları seçdiyim üçün çox şadam. Fikrimcə, siz də onlarla səfər etsəniz, razı qalacaqsınız.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı