Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum oldu

12:22 04-06-2020 | icon 561 | Mədəniyyət
Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum oldu

Tanınmış bəstəkar, Xalq artisti Arif Məlikovun Bakıda heykəlinin ucaldılacağı yer məlum olub.

 

Versus.az xəbər verir ki, bunu layihənin rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarov deyib. 

 

Onun sözlərinə görə, artıq heykəlin qoyulacağı yer seçilib və təsdiqlənib:

“Heykəl Milli Konservatoriyanın bağında, binanın yaxınlığında ucaldılacaq. Abidə üzərində hələ işə başlamamışam. Gözləyirdim ki, yer təsdiqlənsin ondan sonra layihə hazırlansın. Çalışacağam ki, heykəl orjinal olsun və başqa heykəllərə oxşamasın”.

 

Qeyd edək ki, ötən il mayın 17-si Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. O, 2019-cu il mayın 9-da vəfat edib. Mərhum Fəxri xiyabanda dəfn edilib. /“Report”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı