Jurnalistlərin 3-cü binasında mənzillərin verilmə şərtləri

09:39 05-06-2020 | icon 513 | KİV
Jurnalistlərin 3-cü binasında mənzillərin verilmə şərtləri

KİVDF bunu açıqlamağa hələ tələsmir...

 


İyul ayının 22-də Azərbaycan Mətbuatının 145 yaşı tamam olur. Bu il mətbuat nümayəndələri üçün əhəmiyyətli tədbirlərdən birinin – jurnalistlərin üçüncü binasının istifadəyə verilməsinin də reallaşacağı güman edilir.



Versus.Az xəbər verir ki, artıq bununla bağlı sosial şəbəkələrdə mətbuat nümayəndələrinin müzakirələri də qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə bununla bağlı yeni təkliflər irəli sürür. Buna baxmayaraq, üçüncü binanın Mətbuat günündə təhvil verilməyəcəyini, bu baş tutsa belə, şərtlərin tamamilə yenilənəcəyini iddia edənlər də var.



Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) mətbuat katibi İlkin Nadirov bildirib ki, jurnalistlərin binası ilə bağlı hər hansı bir yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:

“İndiki məqamda yalnız bunu deyə bilərik. Mətbuat günündə mənzillərin verilməsinin baş tutub-tutmayacağına gəlincə, bu barədə də hər hansı yenilik olarsa, mütləq bildiriləcək”.

 


Qeyd edək ki, aprel ayının 4-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub. 


Prezidentin daha bir sərəncamı ilə Əhməd İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı