“Dələduzlar ölkənin pullarını oğurlayıb xarici banklara daşıyır”

15:04 05-06-2020 | icon 716 | Sosial
“Dələduzlar ölkənin pullarını oğurlayıb xarici banklara daşıyır”

Mürvət Həsənli: “Dövlətin xalqın sosial vəziyyətini yaxşılaşdırmaqla məşğul olduğu bir vaxtda bu dələduzlar talanla məşğuldular”

Azərbaycanda işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımı ilə bağlı mübahisəli məqamlar hələ də davam edir.

 

Versus.Az xəbər verir ki, bu yardımı almağa çalışan, amma müəyyən səbəblər üzündən yardımsız qalan əhali qrupundan olan bəzi şəxslər barəsində sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.

 

Belə bir paylaşımla iş adamı Mürvət Həsənli də öz narazılığını bəyan edib. Onun hiddəti millətin pulunu oğurlayıb xarici banklara daşıyanlara olub. Bildirib ki, Azərbaycan hakimiyyəti, dövlət xalqın sosial vəziyyətini yaxşılaşdırmaqla məşğul olduğu bir vaxtda bir qrup dələduzlar talanla məşğuldurlar:

“Karantin dövründə insanların sosial vəziyyətini yaxşılaşdırmağa kömək etməkdənsə, bu saxtakarlar, dələduzlar ölkənin pullarını oğurlayırlar. Azərbaycan millətinin pulunu talan edib qaçaq bank fəaliyyəti köməyi ilə ofşora, oradan da icarəyə vermək üçün Türkiyəyə, Sloveniyaya, Xorvatiyaya, Rusiyaya qaçıran saxtakar birisi azad gəzdikcə o 190 manata möhtac olanların vəziyyəti vicdanımızı ağrıdacaq. Xalq COVİD-19-a necə bir iyrənc həyat tərzinin təhlükəli nəticəsi kimi yanaşırsa, bu oğrulara, saxtakarlara da elə yanaşmalıdır. Xalqın pulu bu tüllablardadır və sahibinə qaytarılmalıdır. Bu tüllabların öz erməni sevgililərinə xalqın pulu ilə milyon dollarlıq hədiyyələr almalarına normal baxa bilmərik. Bu, bir milli namus məsələsidir”.

 

Qeyd edək ki, M.Həsənli bildirib ki, yaxın zamanlarda barələrində bəhs etdiyi şəxslərin adlarını çəkəcə, onları ifşaedəcək.

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO