"Prezident nə edirsə, xalqın sağlamlığı, rifahı üçün edir"

17:34 05-06-2020 | icon 842 | Sosial
"Prezident nə edirsə, xalqın sağlamlığı, rifahı üçün edir"

Bakir Qarayev: "Hər kəs özünü koronavirusdan qorumaqla ailəsini və bütün ətrafını xilas etmiş olacaq"

 

"Bu günki vəziyyət və ümumiyyətlə Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra son 10 gün içərisində koronavirusa yoluxmaların tendensiyasına baxdıqda həqiqətən də daha sərt tədbirlərin görülməsinə zərurət yarandığını görürük".

 

Versus.Az xəbər verir ki, bunu karantin rejiminin yenidən sərtləşdirilməsi ehtimalı ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının Bərdə rayon təşkilatının sədri Bakir Qarayev bildirib.

 

B.Qarayev qeyd edib ki, rəhbəri olduğu təşkilat üzvləri ilə birgə Nazirlər Kabinetinin son vəziyyətlə bağlı qərarını dəstəkləyirlər:

"Biz siyasi təşkilat olaraq, son günlərdə karantinin sərtləşdirilməsi tədbirlərini bəyənirik. MMP Bərdərayon təşkilatı olaraq xalq içərisində marifləndirmə tədbirləri həyata keçiririk. Əhalini bir yerə toplaşmamağa, məsafə saxlmağa, daim təmizliyə riayət etmələrinə, spirt və maskalardan yararlanaraq, gigiyenik qaydalara və karantin qaydalarına ciddi riayət etməyə çağrırıq".

 

B.Qarayev Prezidentin karantinlə bağlı bütun fərman və qərarlarını dəstəklədiklərini vurğulayaraq, xalqımız üçün bunların vacib olduğunu deyir:

"Pandemiyaya qarşı mübarizə bu gün bizim hər birimizin ən vacib həyati bir mübarizəmiz olmalıdır. Bu günlərdə cənab Prezidenti görüşlərdə maska geyinən gördük. Bununla da dövlət başçısı örnək nümayiş etdirdi. Bizim də borcumuz ondan örnək götürməkdir. Çünki Prezident nə edirsə, xalqın sağlamlığı, rifahı üçün edir. Hər kəs özünü koronavirusdan qorumaqla ailəsini və bütün ətrafını xilas etmiş olacaq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

Mədəniyyət Komitəsinin sədri HƏSƏN BƏY ZƏRDABİDƏN YAZDI

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər