"Bizim insanlar yalnız polis gücü ilə idarə olunur"

09:54 08-06-2020 | icon 317 | Cəmiyyət
"Bizim insanlar yalnız polis gücü ilə idarə olunur"

Fazil Mustafa: "Qadağa 2 günlük olduğu halda qlobal bir problem varmış kimi davrandılar"

 

Həftə sonu küçəyə çıxma qadağası Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə atılan qabaqlayıcı addımdan başqa, həm də cəmiyyətimiz üçün bir eksperiment idi. Dünənki baş verən hadisələr bir daha onu sübut etdi ki, bizim cəmiyyət, insanlarımız hələ ekstrimal vəziyyətlərə hazır deyil.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa həftə sonu küçəyə çıxmaq qadağasının tətbiq olunmasının ardınca vətəndaşların marketlərə üz tutub sıxlıq yaratması, bir-birinə qarşı sərt rəftar edib, ehtiyaclarından qat-qat artıq ərzaq və qeyri-ərzaq malları alması haqda danışarkən deyib.

 

Deputat bildirib ki, dünənki hadisələrin fonunda insan deməyə söz tapmır:

“Təəssüf ki, dünənki vəziyyət cəmiyyətimizin ümumi mədəni səviyyəsini bir daha göstərmiş oldu. Biz bir daha başa düşdük ki, insanlar ekstrimal vəziyyətlərdə necə davranacaqlarını bilmir və heç psixoloji olaraq da buna hazır deyillər. Vətəndəndaşların dünənki davranışları bir daha ölkədə aparılan daxili siyasətin nə dərəcədə doğru olduğunu göstərdi. Qadağa sadəcə iki günlük olduğu halda vətəndaşlar qlobal bir problem varmış kimi davrandı. Demək, qlobal bir problem olsa, cəmiyyətin bütövlüyü, mədəni dəyərləri, qarşılıqlı hörmət anlayışından danışa bilməyəcəyik”.

 

F.Mustafa bildirib ki, bizim insanlar yalnız polis gücü ilə idarə olunur:

“Vətəndaşlar başa düşməlidirlər ki, iki günə dünya dağılmayacaq. İki gün sonra yenidən ərzaq ala biləcəklər. İki günlük qida almaq yerinə bir aylıq qida ehtiyatı yığan bir cəmiyyətin psixoloji durumunda, demək, ciddi bir problem var. Bu problemi bu gün sözlə, təbliğatla həll etmək mümkün deyil. İnsanların belə bir reaksiyası məsələnin mədəni, sivil yollarla həll edilməyəcəyini göstərir. Dövlət məsələni ancaq inzibati yolla qaydaya qoymalıdır. Qabaqlayıcı tədbirlər daha da sərtləşməlidir. Təəssüf ki, bizim cəmiyyət hələ də lazımi səviyyədə inkişaf etməyib. Buna görə də cəmiyyətə hədə-qorxu ilə nəzarət edilməlidir. Çünki bu gün cəmiyyətin məsuliyyətli insanları məsələyə lazımınca reaksiya verə bilmir. Yəni cəmiyyətin böyük bir qisminin məsuliyyətsiz davranışlarından məsuliyyətli hissəsi də əziyyət çəkir. Bu gün karantin rejiminin güclənməyinin başlıca səbəbi insanların sözünün bir-birinə keçməməsidir. Məsələ ondadır ki, məsuliyyətli bir vətəndaş maska taxmayana irad bildirə bilmir. İrad bildirən şəxs ilə qarşı tərəf arasında mübahisə yaranr. Halbuki inkişaf etmiş ölkələrdə sosial qınaq, sosial fikir insanların cəmiyyətdə davranış normalarını tənzimləyir. Bizdə isə insanlar yalnız polisin iradına uyur, polis gücü ilə qaydalara riayət edir. Baxın, bu gün bir qrup insan demokratiyadan, cəmiyyətə daha cox azadlığın verilməsindən danışır. Halbuki dünənki hadisələrin fonunda geniş tərkibli bir demokratiyann nə kimi fəsadlar yaradacağını gördük”. /axar.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı