“Polisə müqavimət göstərmək nə demək?!"
Könül İsmayılova: "Hanı bizim birliyimiz, hanı paylaşmaq mədəniyyətimiz?"
“İki günlük qapalı karantin dövründə sosial şəbəkələrdən izlədiyimiz şüursuz, qarışıqlığa sövq edən hərəkətlər xoşa gələn deyil”.
Versus.Az xəbər verir ki, bunu həftəsonu sərtləşdirilmiş qaydalar zamanı insanların davranışlarındakı qeyri-etik və dözümsüzlük hərəkətlərilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.
K.İsmayılova qeyd edib ki, əgər Nazirlər Kabineti, Operativ Qərərgah bu qadağalara riayət etməyi koronavirusun yayılmasının qarşısının alınmasında vacub bilib qapalı karantin tətbiq edibsə, buna əməl edilməlidir:
“Təəssüflər olsun ki, vətəndaşlarımızın bir qismi qərarlara uymaq istəmir, etiraz əlaməti olaraq şou düzənləyib çəkir, sosial şəbəkələrdə yayırlar. Bununla da içimizdə olub xaricdən dəstək alanlara vəziyyəti gərginləşdirmək üçün şərait yaradırlar. Əgər bu gün hətta apteklərədək hər bir yer qapalıdırsa, yəni gedəcək yer yoxdursa, bu insanlar niyə lazım gəldi-gəlmədi küçəyə çıxırlar?”
MMP sədr müavini qaydanı pozan vətəndaşın polisə müqavimət göstərməsinə, sakinlərin guya ona dəstək üçün binadan polislərin üzərinə zibil tullantıları atmağına da diqqəti çəkib:
“Polisə müqavimət göstərmək nə demək?! Polis öz sağlamlığını bizim üçün təhlükəyə ataraq küçələrdə asayişin pozulmaması üçün saatlarla ayaqdadır. Vətəndaşlar anlamalıdır ki, bu evə qapanmalar hər birimizin saglamlıgı üçündür. Yəni bu qədərmi çətindir qaydalara əməl etmək?”
K.İsmayılova həftənin 5-ci günü marketlərdə müşahidə olunan insan sıxlığının da yaxşı hal olmadığını vurğulayıb:
“Bizim Qarabağ kimi dərdimiz var, hər an müharibəyə hazır olmalıyıq. Müharibə isə aclıq, qıtlıq,ölüm-itim deməkdir. Sabah müharibə qərarı verilsə necə olacaq, əlimizə keçəni alıb evimizə yığaraq digərlərini ac qoyacağıq? Bəs hanı bizim birliyimiz, hanı paylaşmaq mədəniyyətimiz? Acından ölməkdən, çörəksiz qalmaqdan beləmi qorxuruq? 5-ci gün gördüklərim və 2 gün sosial şəbəkələrdə izlədiklərim məni məyus etdi. Amma hesab edirəm ki, növbəti şənbə-bazar günlərində insanlar bir az fərqlilik nümayiş etdirəcək, qaydalara əməl etməklə dövlətin qərarlarına anlayışlı yanaşacaqlar”.
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"