“Karantin qaydalarına səbrlə riayət edilməlidir”

12:17 08-06-2020 | icon 563 | Sağlamlıq
“Karantin qaydalarına səbrlə riayət edilməlidir”

Nərminə Abbasova: “Özünüzü və yaxınlarınızı qoruyun ki, Azərbaycanımız bu bəladan az itki ilə çıxsın”

 

Xəbər verdiyimiz kimi, karantin rejiminin yumşaldılmasından sonra 10 gün ərzində yoluxmaların sayı artıb. Hətta ölənlər də olub. Bu üzdən daha sərt tədbirlərin görülməsinə zərurət yarandığı aydın görünür.

 

Versus.Az-a daha sərt tədbirlərin görülməsinin vacibliyindən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA ilk öncə onu vurğuladı ki, pandemiya dövründə bəzi xəstəliklərdə kəskin azalma müşahidə olundu, lakin post-pandemiya zamanı müxtəlif xəstəliklərin yaranma ehtimalı qaçılmazdır.

 

Həkim-terapevt karantin dövründə bəzi xəstəliklərin azalmasına səbəb kimi insanların gigiyenik qaydalara ciddi əməl etməsini göstərdi. Bildirdi ki, karantin dövründə nəfəs yolu ilə keçən xəstəliklərdə ciddi azalma müşahidə olunub. Bu da insanların bir-birləri ilə daha az təmasda olması, gigiyenik qaydalara əməl etməsi ilə əlaqləndirilib:

“Məhz tibbi maskalardan istifadə ilə qrip, tənəffüs yollarının problemləri azaldı, adenovirusların yayılmasının qarşısı alındı. Amma post-pandemiya dövründə müəyyən xəstəliklərin yaranması qaçılmazdır. Çünki İkinci Dünya müharibəsi zamanından sonra da “post-stress” adı altında xeyli xəstəliklər ortaya çıxmışdı. Bu da mobilizasiya olunmuş orqanizmin sonradan azadlığa çıxması ilə əlaqədar idi. İndidən pandemiya sonrası hansı xəstəliklərin yaranacağını demək bir qədər çətindir. Lakin şübhə yoxdur ki, əsəb və stress insanlarda müəyyən fəsadlara yol açacaq”.

 

Nərminə xanım qeyd edib ki, karantin rejiminin yumşaldılması zamanı insanlar tədricən küçəyə çıxmalı, maskalardan isə hələ xeyli vaxt istifadə etməli idilər:

“Amma bunun əksi olaraq, sanki xəta sovuşmuş kimi nəinki lazım oldu-olmadı küçəyə çıxdılar, insanların sıx toplaşdığı kafe-restoranlarda görüşdülər, hətta maskaları da kənara atdılar. Bunun da nəticəsi göz önündədir. Və Nazirlər Kabineti yanında Operativ Qərargah haqlı olaraq daha sərt qaydalar qoydu”.

 

N.Abbasova bildirdi ki, xəstəxanalarda yatan koronaviruslu xəstə sayının artımı, ağırlaşmaların dərəcələri, analiz sayı ilə yoluxan insanların sayı arasında olan nisbətin artımı və digər faktorlar həftə sonları sərt karantin rejiminin tətbiq olunmasını da zərurətə çevirdi:

"Birmənalı olaraq hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və ölkədə ola biləcək növbəti dalğanın nəzarətdən çıxmaması, eləcə də səhiyyə sistemində digər xəstəliklərdən əziyyət çəkən insanların təcili vəziyyətlərində müalicəsinin təşkili üçün məcburiyyət qarşısında hökumət tərəfindən sərtləşmənin aparılması təqdirəlayiq və düzgün addımdır. Əlbəttə ki, bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyaya dönməsi və yenidən yumşalmanın davam etdirilməsi hər birimizin arzusudur. Amma bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın”.

 

Prezident İlham Əliyevin tədbirlərdə və görüşlər zamanı maska geyinməsinin bir mesaj olduğunu qeyd edən Nərminə xanım hər kəsi bundan örnək götürməyə çağırdı:

“Prezident bununla demək istədi ki, qaydalar hamı üçün eynidir və hər kəs bu qaydalara ciddi riayət etməlidir. Mən bir həkim-terapevt kimi bütün vətəndaşlarımıza sizin saytınız vasitəsilə deyirəm ki, qaydalara səbrlə riayət edin. Özünüzü və yaxınlarınızı qoruyun ki, Azərbaycanımız bu bəladan az itki ilə çıxsın”.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI