18 illik arzusunu gerçəkləşdirdi – FOTO

12:44 08-06-2020 | icon 325 | Maraqlı
18 illik arzusunu gerçəkləşdirdi – FOTO

İngiltərənin  Kent qraflığının sakini 76 kq arıqlamağının sirrini paylaşıb.

 

“Daily Mail”in məlumatına görə, bununla Stef Gill ətrafında köklükdən əziyyət çəkən və ümidsizliyə düçar olanları ruhlandırmaq istəyib.

 

Qadının sözlərinə görə, onun ən böyük arzusu öz toyundan sonra evinə əri Conun qollarında daxil olmaq idi. Lakin bu istək xəyal olaraq qalıb. Çünki gəlinin çəkisi həmin vaxt 114 kq-dan artıq olub.

 

“Bilirdim ki, məni qaldırmağa gücü çatmayacaq. Başqalarının bunu edə bildiyi, bizim isə bu ənənədən kənarda qalmağımız məni çox kədərləndirirdi”, - deyə Stef Gill danışır.

 

 

Hətta uzun illər sonra belə Gill bunun xəyalı ilə yaşayıb. Nəhayət, 2015-ci ildə o, özünü ələ almaq və çoxdankı arzusunu reallaşdırmaq qərarına gəlir. 140 kq çəkidə o, mədə şuntlaması əməliyyatını etdirir. Cərrahlar onun mədəsini 80 faiz kiçildirlər.

 

 

“Bəziləri düşünür ki, bu, artıq çəkidən qurtulmağın ən tez yoludur. Ancaq arıqlamaq üçün həyat şəraitini dəyişmək lazımdır. Sən artıq çəkidən qurtulmağı istəməlisən”, - deyə qadın bildirib.

 

Gill bir müddət sonra yerli qaçış klubuna yazılır və mütəmadi olaraq yürüşlərə çıxır. Həmin vaxtdan etibarən o, 64 kq arıqlayıb. Britaniya sakini nəinki istədiyi çəkiyə çatıb, həmçinin onu saxlaya bilib.

 

 

Bir neçə gün öncə isə, toyunun 18-ci ildönümündə Con nəhayət xanımının arzusunu gerçəkləşdirə bilib: Onu qollarında evə daxil edib.

 

 

16 yaşlı qızları tərəfindən çəkilən şəkildə gəlinlik paltarında və fatada olan Gillin xoşbəxtliyi üzündən bəlli olur.

Gill vurğulayıb ki, gözəl bədən quruluşunu məhz qaçmaqla əldə edib:

“Qaçış fiziki və psixoloji sağlamlığa gözəl təsir edir. Elə bir idman sahəsi seçmək istəyirdim ki, özümə bəhanə taparaq, məşğələlərdən yayınmayım. Axı hara istəsən, qaça bilərsən. Bu da sözügedən fəaliyyət növünün ən üstün cəhətidir”.

 

 

“Özünün ən yaxşı formasında olmaq elə yaxşıdır ki... Mən insanları mütəxəssislərə müraciətdən qorxmamağa çağırıram. Hazırkı vəziyyətdə bu daha çətin olsa da, mümkünsüz deyil”, - deyə Gill əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi