Rayona şəhər statusu verilir
İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
Versus.Az xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb.
İclasda Milli Məclisin Regionl məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səttar Mehbalıyev və Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid çıxış ediblər.
Həmçinin şöbə müdiri Mirhəşim Seyid qanunvericiliyin məcburi və hüquqi ekspertizada baxılmasına müsbət rəyini bildirib.
Komitənin iclasında Babək rayonuna şəhər statusu, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusunun verilməsi ətrafında deputatlar fikirlərini bildiriblər.
Komitənin sonunda məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"