Azərbaycanın İrəvan iddialarını əsaslandıran 2 TEZİS
İrəvanın tarixi Azərbaycan ərazisi olmağı gerçəyi hər kəsə məlumdur. Prezident İlham Əliyev də çıxışlarında bir neçə dəfə siyasi tezis kimi bu faktı təsdiq edib. Lakin ermənilərdə bu reallıq narahatlıq doğurur və dəfələrlə onalr həqiqəti müxtəlif bəhanələrlə inkar etməyə cəhd göstərib.
Maraqlıdır, ermənilərin bu cür narahatlığına səbəb nədir? Tarixi Azərbaycan ərazisi olan İrəvana Azərbaycan iddia edə bilər?
Versus.Az məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin Azərbaycanın İrəvana iddiası üçün Ermənistanın rəvac yaratdığı bir neçə səbəb göstərib:
“Tarixi faktlar mövcuddur ki, İrəvan xanlığı deyilən xanlıq olub və onun da əhalisinin əksəriyyəti Azərbaycan türkləri, müsəlmanlar idi. Hətta çar Rusiyasının sənədlərində onlar bu əraziləri işğal etdikdən sonra qeyd etmişdilər ki, orada əhalinin 75 faizini müsəlmanlar təşkil edirdilər. XX əsrin əvvəlində də İrəvan əhalisinin azı 50 faizi azərbaycanlılar idi və rus sənədlərində azərbaycanlıları Azərbaycan tatarları, Qafqaz tatarları adlandırırdılar. 1897-ci ildə çar Rusiyasında ilk və son siyahıyalınma həyata keçirilmişdi və burda da əhalinin çoxu azərbaycanlılardan ibarət idi. İndi Azərbaycan rəsmi olaraq İrəvana iddia etmir amma məsələnin qaldırılması iki səbəbdən ola bilər. Birincisi, hazırkı Ermənistan ərazisində Azərbaycan irsi mövcud idi və o irs indi tamamilə dağıdılıb. Bu irsə həm maddi irs imənada məscidlər, müxtəlif binalar daxildir həm də qeyri-maddi irs olaraq toponimlər aiddir. Bəzi erməni alimlər iddia edirlər ki, bu toponimlər Sovet dövründə dəiyişdirilib. Bəli, bəzi toponimlər-Kirovakan, Leninakan tipli adlar Sovet dövründə yaranıb, amma sonradan İrəvanda Azərbaycan və türk adları tamamilə erməniləşdirilib.
İkinci bir məsələ ondan ibarətdir ki, ermənilər tez-tez iddia etməyi xoşlayırlar ki, Qarabağ onların tarixi ərazisidir. Biz də eyni şəkildə iddia edə bilərik ki, İrəvan tarixi Azərbaycan ərazisidir. Bütün bunların sonunda demək istəyirəm ki, hazırda Ermənistanın Azərbaycanla sülh bağlamağa ehtiyacı var. Çünki son proseslərdən sonra Ermənistanda iqtisadi və siyasi inkişaf getmir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"