Cəmil Həsənli dialoq təklifinə müsbət yanaşanları "tryabka" adlandırdı

00:40 09-06-2020 | icon 565 | Siyasət
Cəmil Həsənli dialoq təklifinə müsbət yanaşanları "tryabka" adlandırdı

Milli Şuradan növbəti "incilər"

 

 

ELMAN BABAYEV

 

Milli Şuranın onlayn iclasının növbəti görüntüləri yayılıb. Bu dəfəki görüntülər əvvəlkilərindən mahiyyət etibarilə fərqlənmir. Hakimiyyət sevdalıları yenə də kimlərisə aşağılamaq xəttinə sadiq qalıblar. Şuranın başbiləni Cəmil Həsənli hakimiyyətlə dialoqa gedənləri professorsyağı “tryapka” adlandırıb. Bu onun “zəngin leksikonunun” bir göstəricisidir... Amma məsələnin bu tərəfini bir kənara qoyaq. Kimlərdir bu gün hakimiyyətin dialoq təklifinə müsbət yanaşanlar? Real Partiyası, Ümid Partiyası, ADP, AXP sədri Pənah Hüseyn, bir sözlə Milli Şuradan kənarda olan partiyaların demək olar ki, hamısı buna müsbət reaksiya verib, ilkin təmaslar gerçəkləşib. Cəmil Həsənli “tryapka” dedikdə bunları nəzərdə tutur? Milli Şura başbiləninə cavab vermək dialoqa gedənlərin öz işidir.

 

Tənqidedilməli cəhət odur ki, hakimiyyətə alternativ qüvvə kimi özünü cəmiyyətə sırıyanların danışıq tərzi söyüş və təhqirlərdən ibarətdir. Ard-ardınca yayılan görüntülərdə ancaq qeybət, söyüş, təhqir ana xətt təşkil edir. Heç bir ciddi müzakirə ortalıqda yoxdur. Eks millət vəkili Gültəkin Hacıbəylinin bu dəfə danışdığı “İnəyin erkəyi” lətifəsi isə əlavə şərhə ehtiyac yeri qoymur...

 

Son vaxtlar aparılan dialoqu gözdən salmaq üçün Milli Şura ilk gündən böhtan kampaniyasın strat verib. Ölkədə həyata keçirilən islahatların davamı olan dialoqdan min bir bəhanə ilə qaçanların səviyyəsini müşahidə etdikdə, onların əslində bu diloqun mahiyyətindən uzaq olduqları görünür.


Başlanan proses sivil bir müxalifətçilik, siyasi mədəniyyət formalaşdıran, hər iki düşərgə üçün səmərəli siyasi mübarizə modelini ortaya qoyur. Reallıq ondan ibarətdir ki, bugünkü şərtlər altında münasibətlərin düşmənçilik səviyyəsində stabil qalması mümkünsüzdür. İqtidar-müxalifət münasibətləri qorxulu opponentlikdən faydalı opponentliyə keçidin fundamentini atmaq potensialına malikdir.

 

Hazırda prosesdən özünü kənarda saxlayan yeganə AXCP sədri Əli Kərimli və onun Şurasıdır. Bu dəstə min bir bəhanə ilə diloaqda iştirak etmək niyyətində olmadığını bəyan etməklə siyasi gərginliyin saxlanmasında xüsusi maraq güddüyünü ortaya qoymuş olub.


İndi bu görüntülərə baxdıqca yenidən əmin oluruq ki, bir partiyanın və ətrafındakı lətifə həvəskarlarının kənarda qalması prosesə kölgə sala bilməz. Başladılan dialoqun davamlı xarakter alması Azərbaycan cəmiyyəti üçün olduqca faydalıdır.

 

Nəhayət, Azərbaycan müxalifəti sözün həqiqi mənasında radikal addımlarına embarqo qoyub, mübarizəni savad, qabiliyyət müstəvisində aparmağa başlamalıdır. İctimai diqqəti ifrat tənqidlə, yerli-yersiz kütləvi aksiyalarla, kompromat qovluğu hazırlamaqla deyil, yüksək mədəni davranışla, ağıl səviyyəsi ilə cəlb etməyin mümkünlüyünü dərk etməlidir. Müxalifət dərk etməlidir ki, hakimiyyət dəyişikliyində güc metodlarına, rəngli inqilablara ümid etmək tamamilə yanlış mövqedir.

 

Hakimiyyətlə dialoq qurmaq və əməkdaşlığa getmək ənənəsini yaratmaq üçün müxalifət bir tərəfdən, hakim qüvvənin fəaliyyətinin ayrı-ayrı məqamlarına yardımçı olmaq, uğurları təsdiqləmək ənənəsinin qoyulmasına, eyni zamanda hakimiyyətlə konfidensial iş birliyi kimi çirkin mənzərənin yerinə, leqal, qanuni əməkdaşlıq mexanizmlərinin gətirilməsi yoluna üstünlük verməlidir.

 

Qısası, dialoq hər zaman lazımdır və mümkündür; dövlətə və xalqa xidmət edən dialoq həm hakimiyyəti güclü edir, həm də müxalifəti. Məhz bu səbəbdən əməkdaşlıq masası hər iki cinah üçün öz cazibəsini hər zaman qoruyub saxlamağa məhkumdur!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR