Yeməkdən sonra ağızda acılıq – Nəyin əlamətidir?

02:30 09-06-2020 | icon 3284 | Sağlamlıq
Yeməkdən sonra ağızda acılıq – Nəyin əlamətidir?

Bir çoxlarını narahat edən və çarəsini tapmadıqları ağızda acılıq, zəhər, öd tamı müxtəlif pozulma və xəstəliklərin səbəbi ola bilər.

 
 
İlk öncə təbii ki, həzm orqanları və öd, öd yollarından şübhələnmək lazımdır. Ağızda acılıq mədə və 12 barmaq bağırsaqdan daha çox qaynaqlanır. Öd və mədə şirəsinin geri boğaza axması – reflüks zamanı da ağızda acılıq qaçılmazdır.
 
 
Versus.Az Medicina.az-a istinadən bu prosesin mexanizmini təqdim edir.
 
 
Belə ki, ödün öd yolları ilə hərəkəti qaraciyər tərəfdən sintez olunan xususi ferment tərəfindən baş verir.
 
Əgər bu təzyiq olmasa, öd öd kisəsinə daxil olmur. Ödün hərəkəti öd yollarının əzələsinin yığılıb-açılmasından da asılıdır.
 
Öd təkcə ödün yığıldığı anbar yox, həm də ödün pd yollarında təzyiqinə nəzarət edən orqandır.
Hər qida qəbulundan sonra öd kisəsi yığılır, lazım olan miqdar öd öd axarlarına düşür və bundan sonra öd kisəsinin həcmi tutumu kiçilir.
 
Öd yollarının hərəkət aktivliyi pozularsa, yığılıb açılması və ödü qovması pozularsa buna öd yollarının diskineziyası deyilir.
 
Məhz bu diaqnozda ağızda acılıq çox rast gəlinir.
Diskineziya 12 barmaq bağırsağın işini də pozur və iltihabi proses yaradır.
Qida yaxşı həzm olunmur, bağırsaqda qida kütlələri çox qalır, onlar geri qayıdır, bu da reflüks xəstəliyi və qastrit yaradır.
Mədədən öd şirəsi qida borusu və boğaza da sıçrayır ki, nəticəsi ağızda acılıq olur.
 
 
Beləliklə ağızda acılıq bu xəstəliklərin simptomu ola bilər:
 
- Qastrit
- 12 barmaq bağırsaq iltihabı – duodenit
- Mədəaltı vəz iltihabı
- Nazik bağırsaq iltihabı
- Öd və öd yolları iltihabı
- Öddə daş
- Öd yollarının infeksion xəstəlikləri – xolesistit
 
Bu zaman yeməkdən sonra ağızda acılıq daha da sürətlənir
 
Bəzi endokrin qalxanvari vəz pozulmaları – bunlar da ödə təsir edir.
 
- Nevroz, əsəbilik, kriz – bu zaman adrenalin qana çox sıçrayıb öd və öd yolları əzələsinin yığılıb açılması mexanizmini pozur
Stress zamanı acılıq hissi qısa müddətli olur.
 
Nə etməli:
 
Əgər acılıq stress səbəbindən baş verirsə, sakitləşdiricilər, valerian dəmləməsi içmək olar.
 
Eləcə də qarğıdalı saçaqları dəmləməsi yaxşı təsir edir.
 
Yox əgər acılıq getmirsə, uzun müddət narahat edirsə, o zaman terapevt və qastroenteroloq müalicəsindən keçib, həzm orqanlarını qaydaya salmaq lazımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı