Ermənistanda 3 güc nazirinin bir gündə istefası nədən xəbər verir?

10:08 09-06-2020 | icon 5114 | Geopolitika
Ermənistanda 3 güc nazirinin bir gündə istefası nədən xəbər verir?

Elxan Şahinoğlu: "Paşinyan mövcud vəziyyəti nə qədər gizli saxlamağa çalışsa da..."

 

Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa veriblər.

 

Versus.Az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh verib.

 

Baş nazir Nikol Paşinyanın artıq bu vəzifələrə yeni rəisləri təyin etdiyini vurğulayan E.Şahinoğlu qeyd edib ki, Onik Qasparyan baş qərargah rəisi, Argişti Kəramyan milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin ediliblər:

"Bu təyinatlar o deməkdir ki, Paşinyan istefalara hazır idi və bəlkə də 3 istefanın bir gündə elan edilməsi onun təşəbbüsü ilə reallaşıb. Çünki Paşinyan narazı qaldığı güc nazirlərini ayrı-ayrı vaxtlarda istefaya göndərsəydi, bu erməni cəmiyyətində daha çox suallar və hökumətin dağıldığı görüntüsü yaradacaqdı. Belə də isə Paşinyan tələsik həm 3 istefanı bir gündə həyata keçirdi, həm də istefa verənlərin yerini dərhal doldurdu. Demək, Paşinyan yeni təyin ediləcək şəxsləri xeyli əvvəl özü üçün müəyyənləşdiribmiş".

 

Bəs istefalara səbəb nə ola bilərdi?

 

Politoloqun fikrincə, böyük ehtimalla baş qərargah rəsinin istefası orduda və cəbhə bölgəsində yaranan durumla bağlıdır. Onun sözlərinə görə, Paşinyan mövcud vəziyyəti nə qədər gizli saxlamağa çalışsa da, ordudakı və cəbhə bölgəsindəki vəziyyət onu narahat edir:

"Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəriləməsi və Dağlıq Qarabağla Ermənistanı birləşdirən strateji yola nəzarət etməsi Paşinyanı və onun komandasını narahat etməyə bilməzdi. Bu mövzu Ermənistan müxalifətinin də ciddi müzakirə predmetinə çevrilib və Paşinyana qarşı istefa şüarlarında Azərbaycan ordusunun üstünlük qazandığı da vurğulanır. Belə vəziyyətdə istər-istəməz baş qərargah rəsinin istefası aktuallaşırdı. Ancaq Paşinyan bu vəzifəyə kimi təyin edirsə-etsin, Ermənistan ordusunun üstünlük qazanması keçmişdə qaldı, işğalçı ordu kasad hərbi texnika ilə uzağa gedə bilməyəcək və yeni itkilərə hazırlaşmalıdırlar".

 

E.Şahinoğlu qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın istefası həm də fövqəladə vəziyyət dövründə oğlunun toyu ilə bağlıdır:

"Həmin toyda yüzdən çox qonaq iştirak edib. Paşinyan hamıya ağıl qoyur ki, bir yerə toplaşmayın, maska taxın, ancaq öz qərargah rəisi bütün bu qaydaları heçə sayaraq oğluna toy edib. İstefada bu amilin də rol oynadığını vurğulamaq olar. Ermənistan polis rəsinin istefanın da koronavirusla müəyyən əlaqəsi var. Ermənistanda koronavirusa yoluxan polislərin sayı yüzlərlədir. O ki qaldı, milli təhlükəsizlik xidmətinin rəisi Eduard Martirosyanın istefasına, bu bir qədər gözlənilməz idi. Çünki Paşinyan Martirosyanın vəzifəsinin öhdəsindən gələcəyinə inanırdı.

 

Nikol Paşinyan 2019-cu ilin sentyabrında Eduard Martirosyanı milli təhlükəsizlik xidmətinin rəsini təyin edərkən bunları demişdi: “Martirosyan uzun illərdir təhlükəsizlik xidməti sahəsində çalışır, təyinatda bu çox vacib amildir. Ermənistan Milli Təhlükəsizlik Xidməti oturuşmüş təşkilatdır. Buna baxmayaraq, qurum üzvləri peşəkarlıqlarını artırmalıdırlar”.

 

Martirosyan Paşinyanın etibarını doğruldacağını bu sözlərlə ifadə etmişdi: “20 ildir çalışdığım təşkilatın adından demək istəyirəm ki, əlimizdən gələni edəcəyik ki, Ermənistanın və Artsaxın sabitliyini və təhlükəsizliyini qoruyaq”.

 

Demək, Martirosyan verdiyi vədi yerinə yetirə bilməyib ki, Paşinyan onu istefaya göndərməyə qərar verib. Ailəsi ilə birlikdə vurisdan qurtulduğunu elan edən Paşinyan indi ölkəsini necə qurtaracağı barədə qarabara düşünməlidir. Özünün dediyinə görə Ermənistanda ən azı 100 min virus daşıyıcısı var. Bu əhalisi 3 milyondan da az Ermənistan üçün əsl faciədir. Üstəgəl də ciddi karantin şərtləri onsuz da çarəsiz duruma düşən istisadiyyatı taqətdən salıb. Bu da azmış kimi istefalar və müxalifətin fəallaşması Paşinyan üçün bir başqa problemə çevrilib.

 

Mövcud vəziyyəti Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan belə təsvir edib: “Paşinyan koronavirusla mübarizədə məğlub olub və bununla ölkəni biabırçı duruma salıb. Ermənistanın səhiyyə naziri virusla mübarizə aparmaq əvəzinə Gürcüstanla aramızı vurub, Paşinyan isə Ermənistanı üçüncü ölkələr sırasına sürükləyib, biz Nigeriyadan da geri qalırıq. O bunu etiraf etmək əvəzinə “xalq günahkardır” əməliyyatına başlayıb. Bircə günahkar var – Paşinyan”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı