"Ermənistan danışıqlar masasında heç bir həll varinatını qəbul etmir"

15:01 09-06-2020 | icon 434 | Geopolitika
"Ermənistan danışıqlar masasında heç bir həll varinatını qəbul etmir"

Məhəmməd Əsədullazadə: "Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qaşısını almaq gücündədir"

 

"Ermənistan cəbhə bölgəsində atəşkəsdən istifadə edərək Qarabağa üçüncü yol çəkir. Ermənistanın Qafan şəhəri ilə işğal olunmuş Xocavənd rayonunu birləşdirəcək bu yol əlbəttə ki, hərbi təyinatlı olmaqla yanaşı, Araz boyu ərazilərin məskunlaşmasına hesablanıb. Minsk qrupu formatı çərçivəsində danışıqlarda ətraf rayonların boşaldılması müzakirə olunursa, "Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqlar davam edirsə, işğalçı ölkə bu yolu çəkməklə həll variantlarını qəbul etmədiyini və əraziləri boşaltmağa maraqlı olmadığının göstəricisidir. Elə, Ermənistan rəhbərliyi qeyd edir ki, danışıqlar masasında heç bir həll varinatı qəbul etmir və özünün şərtləri var. Belə olan təqdirdə əlbəttə ki, Ermənistan işğal olunmuş əraziləri məskunlaşdıracaq".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Politoloqun sözlərinə görə, Ermənistan ümumiyyətlə Minsk qrupu formatında ona görə maraqlıdır ki, bu format işğalın davam etməsinə zəmin yaradır. Onun fikrincə, Azərbaycana bu format, yalnız ölkəmizin öz ərazilərinin boşlatmasının qarşısnı alıb:

"Danışıqların getdiyi bir məqamda, ortada həll variantı varsa, Ermənistana bu imkan tanınmamalıdır. Qafqan -Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir. Görünür, Ermənistan bu istiqamətdə müdafiə xəttini möhkəmləndirir. Ermənistan üçüncü yolu çəkməklə, birbaşa bu ərazilərin Ermənistana birləşdirilməsini elan edə bilər. Faktiki işğal etdiyi ərazilərdə bu infrasturukturu qurmaqla həmdə humanitar missiya adı ilə Azərbaycanın hücum taktikalarını önləməyə çalışır.

Aparaılan danışıqlar heç bir nəticə vermir. Rusiya prosesi dondurub. Baxmayaraq ki, ötən həftə Rusiya XİN elan etdiyi "Qarabağ münaqişəsi uzun çəkdi"açıqlaması, əsasən manipulyasiya xidmət edir.

Ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin Tərtərdə verdiyi mesajlar Ermənisatanda və qondarma rejimdə müharibəyə hazırlıq kimi xaraketirzə edilərək, narahatlıq doğurur. Bundan əlavə, Azərbaycanın mütəmadi hərbi təlimləri, yeni silahlar əldə etməsi Ermənistanda ciddi şəkildə təhid kimi qəbul olunur. Əlbəttə ki, proseslər yeni savaşı tətikləyir. Ermənistanın hazırkı siyasəti buna doğru aparır. Əlbəttə ki. nəticə çıxaran dövlət məhz işğalçı ölkə olmalıdır".

 

Politoloq hesab edir ki, rəsmi Bakı ATƏT Minsk qrupu qarşısında tələblər qoymalıdır:

"Birinci, danışıqlar getdiyi bir fonda Ermənistan işğa olunmuş ərazilərdə heç bir infrasturuktur layihələr həyata keçirməməlidir. İkinci, Ermənistan konkret "Yenilənmiş Madrid prinsiplərini" qəbul etməsini elan etməlidir. Üçüncü, mərhələli həll planına uyğun olaraq addımlar atmalıdır. Dördüncü, məskunlaşma siyasətinə son verməlidir. Əgər, bunlar yerinə yetirilməsə Azərbaycan danışıqlar prosesindən çəkilir və hərbi təzyiqlərə keçir. Çünki, danışıqlar prosesində Ermənistan heç bir addım atmır, danışıqlar görüntü xarakter daşıyaraq, yalnız atəşkəsin qorunmasına hesablanır. Bu da Ermənistanın maraqlarına xidmət edir.

Qeyd edim ki, Azərbaycan artıq hərbi təzyiqlərə əl atmalıdır ki, Ermənistan Qarabağda infrasturuktur layihələr, yol çəkilişinə gedə bilməsin. Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qaşısını almaq gücündədir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür