“Normal psixoloji mühit yaradılmalıdır” - MÜSAHİBƏ
Müsahibə I
Fərasət Qurbanov: “Dezinformasiya yayan, ölkəmizin bu sahədə atdığı addımlara kölgə salmağa çalışan insanların təxribat xarakterli əməllərinə uya bilmərik”
Cəmiyyət, dövlət, insan kapitalı, vətəndaşın potensialı ilə formalaşır. Cəmiyyətin bütün resursları üzrə inkişaf zəncirinin möhkəmliyi, sistemli, ardıcıl şəkildə nizamlanması, sosial-ictimai nəzarətin ədalətli təşkili bu sistemin “onurğa sütunu”nu təşki edən əsas xəttdir. Sivil cəmiyyətin inkişaf mahiyyəti, öz rolunu düzgün təyin edib, daim hərəkət və axtarışda olması ilə realizə edilir ki, bu da vətəndaş cəmiyyəti institutlarının inkişafını zəruri edir.
Proseslərə pandemiyanın meydana çıxardığı amillərin rakusundan yanaşsaq, bu dönəmdə vətəndaş cəmiyyətinin özünü dərk etməsi və üzərinə düşən missiyanı anlayaraq, dövlətin təminatını qazanması, inkişaf etməsi üçün apartığı təbliğat, maaribləndirmə və ideoloji mübarizə nə dərəcədə yetərli hesab oluna bilər?
Versus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsahibəsində bu və digər məsələlər ətrafında maraqlı nüanslara diqqət çəkib.
O, pandemiya ərəfəsində cəmiyyədə üzə çıxan boşluqların aradan qaldırılmasına yönəlik dövlət və vətəndaş cəmiyyəti institutlarının rəhbər tutduğu “yol xəritəsi”ni təqdim edib.
“Prezident yanında QHT Dövlət Dəstəyi Şurası bütün qüvvələrini səfərbər etdi”
- Fərasət müəllim, hazırda vətəndaş və bütövlükdə cəmiyyətin düşüncəsində koronavirus pandemiyası ilə bağlı olan narahatlıqlar əsas yerdə dayanır. Məlumdur ki, vəziyyətin ciddiliyi karantin rejiminin daha da sərtləşməsi ilə müşahidə olundu. Pandemiya ilə bağlı cərəyan edən prosesləri nəzərdən keçirsək, vətəndaş cəmiyyətlərinin bu durumla bağlı gördüyü işləri necə dəyərləndirərdiniz?
- Vətəndaş cəmiyyəti bütün dövrlərdə cəmiyyətin əsas institutları olaraq vətəndaşın yanındadır və daim mövcud problemlərin həllinə yönəlik fəaliyyət göstərir. Covid-19 koronavirus pandemiyasının ilk dövrlərindən başlayaraq vətəndaş cəmiyyətləri təşəbbüslərlə çıxış edib. Ölkəmizdə pandemiyanın qarşısının alınması üçün cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl, qabaqlayıcı tədbirlərə dəstək olaraq vətəndaş cəmiyyətləri təşkilatları da vətəndaşlara müraciət edib insanları Prezidentin, birinci vitse-prezidentin xalqa müraciətinə əməl edərək “evdəqal” kampaniyasına qoşulmağa səslədilər.
Əlbəttə, təbiətin, yaxud hansısa qüvvələrin qəfl dünyamıza gətirdiyi bu qorxunc təhlükədən qorunmaq üçün cəmiyyətin müəyyən dəstəyə ehtiyacı var idi. Qeyd etdiyim kimi, dövlətimiz ilk günlərdən ardıcıl tədbirlər həyata keçirdi. Ölkədə bir sıra ictimai yerlərdə məhdudlaşdırıcı tədbirlərin tətbiqi pandemiyanın geniş yayılmasının qarşısını aldı. Ölkəmiz ilk vaxtlar - mart, aprel, may aylarında pandemiyadan çox az fəsadla çıxa bildi. Dövlət hərtərəfli dəstək paketi hazırlamaqla vətəndaşa sosial, iqtisadi sahədə yardımlar etdi ki, bu da insanlarımızın pandemiyadan az zərərlə çıxarmasına imkan yaratdıı. Təbii ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da vətəndaş cəmiyyətləri təşkilatlarının, xüsusilə onların ən fəal institutlarından olan QHT-lərin bu prosesdə yaxından iştirakını təmin etmək üçün bütün qüvvələrini səfərbər etdi. Aprel ayının 2-də Şuranın təşəbbüsü ilə QHT-lərin onlayn konfransı keçirildi və 400-ə yaxın QHT birbaşa müzakirələrə qoşularaq pandemiya ilə bağlı yaranmış vəziyyəti geniş müzakirə etdi. Şura yanında 40 nəfər QHT nümayəndəsindən ibarət İctimai Qərargah yaradıldı və sonradan onun tərkibi 100-ə çatdı. Konfransda qeyri-hökumət təşkilatlarının bu məsələyə çox böyük həssaslıqla yanaşdığı, təəssübkeşliklə dövlətin, vətəndaşlarımızın yanında olduğu, vətəndaşa dəstəyin təmin olunmasında dövlət qurumlarına dəstək verilməsi ilə bağlı təkliflər səsləndirdilər.
Bizim İctimai Qərargah özü də bir neçə dəfə onlayın konfranslar keçirdi, QHT-dən qərargaha çoxlu sayda müraciət daxil olurdu. Biz həmin müraciətlərin aidiyyatı üzrə təmin olunması üçün müəyyən həssas təbəqədən olan insanlara - ahıllarımıza, tənha insanlara yardımların təşkili üçün müvafiq icra hakimiyyətlərinə müraciətlər etdik. Onlar da bizim qərargahın təkliflərinə dərhal reaksiya verdilər və həmin insanlara müəyyən yardımlar göstərildi. Mart ayının sonunda Şura sədrinin QHT-ə çağırışı oldu. Orada bu dövrdə kütləvi tədbirlərin, təlimlərin təşkili, keçirilməsinin təxirə salınaraq pandemiyadan sonrakı dövrdə həyata keçirilməsi tövsiyə olundu. QHT-lər bu məsələlərə çox ciddi şəkildə əməl etməklə yanaşı hərtərəfli dəstəyi təmin edirlər. Təbii ki, karantin dövrünün ilk mərhələsi aprel ayının 29-na, sonra mayın 29-na, indi isə 15-nə qədər uzadılması ilə bağlı qərar verilib. Bəzi rayon və şəhərlərdə isə şənbə-bazar günləri xüsusilə ciddi rejim tətbiq olundu. Əlbəttə ki, bu dövrdə vətəndaşlarıın, QHT-lərin “evdəqalma” müddətinin səmərəli təşkili üçün Şura silsilə tədbirlər həyata keçirdi. Və biz 10 tədbirlər proqramını nəzərdə tutan plan hazırladıq və çox maraqlı mövzuları onlayn qaydada müzakirəyə çıxardıq. Birinci mövzumuz pandemiyanın yaratdığı psixoloji gərginliklərlə bağlı oldu. Bu prosesdə QHT sektorunda olan psixoloqlarımız, həkimlərimiz yaxından iştirak etdilər. Məhz bu dövrdə hansı psixoloji problemlərin yaranmasının mümkünlüyü, onların həlli üçün onlayn xidmətlərin təşkilini QHT və vətəndaşlarımıza bildirdilər. Və bu müddət ərzində həmin psixoloqlara çoxsaylı müracitələrin edildiyinin şahidi olduq. Biz aprel ayının 7-dən bu istiqamətdə tədbirlər keçirməyə başladıq, aprelin 9-da isə “Pandemiya ilə mübarizədə ciddi maarifləndirmə”mövzusunda konfrans keçirildi. Və QHT sektorunda təmsil olunan nüfuzlu həkimlərimiz vətəndaşlarımıza gigenik vasitələr, onlardan istifadə qaydaları və tibbi maarifləndirmə sahəsində hərtərəfli məlumatlar verdilər.
- Pandemiya dünyanın yeni düzənlə idarə olunması məsələsini ortaya qoyur. Sizcə bu yeni düzənin vətəndaş cəmiyyətləri qarşısında qoyduğu tələbləri nədir?
- Artıq dünya ölkələrinin media və sosial şəbəkələrindəki məlumatlarında bu yeni düzəndə nələrin baş verəcəyi, dünyanı nələrin gözlədiyi çözülür. Biz də QHT-lər olaraq bu məsələlərə keçirdiyimiz onlayın müzakirələrdə toxunduq. Təbii ki, Şuranın təşkil etdiyi növbəti onlayın tədbirdə bu istiqamətdə ortaya çıxar məsələlər ətrafında müzkirələr aparıldı. Burada QHT sektorunda təmsil olunan filosoflarımız, alimlərimizlə birlikdə pandemiyanın dünyanın düzəninə təsiri məsələlərini müzakirə etdik. Çox maraqlı müzakirələr oldu. Bizim hər onlayn konfransda ən azı 200-ə yaxın QHT nümayəndəsi iştrak edirdi və təbii ki, bu, digər sosial şəbəklər vasirtəsi ilə canlı yayımlanırdı. Bizim daha bir tədbirimiz QHT sektorunda təmsil olunan mədəniyyət və incəsənət nünayəndlərinin iştirakı ilə oldu. Bu vətəndaşlarımızın evdə qalma müddətlərinin daha səmərəli təşkili etmək üçün QHT sektorunda təmsil olunan artistlərimizin onlayn çıxışları ilə bağlı önə çəkildi. Artislərimiz öz musiqi əsərlərini evdə qalan yaşlı insanlar üçün canlı şəkildə səsləndirdilər. Tədbir insanlara bir nostalji hisslər bəxş etməklə yanaşı, həm də onların mənəvi dünyasının zənginləşməsinə də yardım göstərdi. Daha bir tədbirimiz isə vətənpərvərlik mövzusuna həsr olundu. QHT sektorunda təmsil olunan şairlərimiz, qirayət ustalarımız vətəndaşlarımıza vətənpərvərlik, sevgi mövzusunda şeirlər oxudular. Bu da insanlarımızda xoş duyğular, sabaha sevgi ilə baxmaq hissini artırd və “evdə qalma” müddətinin yaxşı təşkilinə öz töhfəsini verdi. Təbii ki, burada ciddi müzakirələr aparıldı. Növbəti tədbirimiz “koronavirusun gətirdiyi rəqabətdə, 4-cü sənaye inqilabı” mövzusuna həsr olundu. Burada da QHT sektorunda təmsil olunan iqtisadçı alimlərimiz, növbəti dövrdə 4-cü sənaye inqilabının nələrə gətirib çıxaracağına, texnoloji yeniliklərin tətbiqi ilə bağlı bizim vətəndaşlara geniş məlumat verdilər. Əlbəttə, QHT-lər beynəlxalq əlaqələrin müzakirəsindən də kənarda qalmadılar. Şura 10 ölkənin həyata keçirdiyi “immunitet estafeti”nə qoşuldu. Bu, Polşa, Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ və digər ölkələrin təmsil olunduğu “immunitet estafeti”idi. Biz həmin estafeti “Russkaya velikaya” fondundan aldıq. 30 QHT-ı həmin estafetə qoşularaq 65 yaşdan yuxarı insanların evində oldular və onlara ərzaq yardımlarının paylanmasını təmin etdilər. Bu çox möhtəşəm kampaniya idi.
Biz 10-dan çox ölkənin diaspor təşkilatları, xarici QHT nümayəndələrinin iştirakı ilə “kim, harda, necə, pandemiya ilə mübarizə mədəniyyəti” mövzusunda onlayn beynəlxalq konfrans keçirdik. Həmin konfransda ayrı-ayrı ölkələrdə təmsil olunan həmkarlarımız, diaspora təşkilatlarımız pandemiya ilə mübarizə dövründə həmin ölkələrdə görülən işlər barədə müzakirələr apardılar. Eyni zamanda Azərbaycanın bu sahədə gördüyü işlərə çox böyük qiymət verildi və qarşılıqlı olaraq həm xarici portallarımız, həm QHT-lər hamını evdə qalmağı səsləyib, bir-birimizə dəstək olduq. Eyni zamanda konfrans iştirakçıları adından Ümumdünya Səhiyyyə Təşkilatına bəyanat qəbul olundu. Həmin bəyanatda Azərbaycanın pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi işlər təqdir olundu və Azərbaycan dövlətinə böyük bir təşəkkür ifadə olundu.
Təbii ki, pandemiyada cəmiyyıti daha yaxşı səfərbər etmək, virusla mübarizədə vətəndaş həmrəyliyini nümayiş olunması üçün QHT-lərin media ilə əmkdaşlığı olduqca vacibdir. Konfranslarımızdan biri də pandemiya ilə mübarizədə QHT-media əməkdaşlığına həsr olundu. Burada Şuranın rəhbəri Azay Quliyev, Mətbuat Şurasının rəhbəri Əflatin Amaşov və digər tanınmış media nümayəndələri iştirak etdilər. Bu tədbirdə bizim qarşılıqlı əməkdaşlıq məsələlərimiz müzakirə olundu. Həmçinin, pandemiya ilə mübarizə sahəsində cənab Prezidentin həyata keçirdiyi fəaliyyətə dəstək olaraq konfrans iştirakçıları adından cənab prrzidentə müraciət qəbul olundu. Həmin müraciətdə cənab Prezidentin bu sahədə gördüyü işlər təqdir edilərək, ona cəmiyyətimiz adından təşəkkür ifadə olundu.
Əlbəttə ölkədə xüsusi xəstələrimiz var ki, Pandemiya dövründə də onlara daim ciddi yardımlar edildi. Ölkəmizin birinci vitse-prezidenti hörmətli Mehriban xanımın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkədə “qanvermə” aksiyasına başlanıldı. QHT-lər də bu aksiyadan kənarda qalmadılar. Çoxsaylı QHT-lərlə yanaşı may ayının 20-də Azay müəllimin rəhbərliyi ilə Şura üzvləri, katibliyi və QHT-ləri Mərkəzi Qan Bankında olaraq qanvermə kampaniyasında iştirak etdilər. Cənab Prezidentin fərmanı ilə Koronavirusa Dəstək Fondu da yaradıldı. Şura bu təşəbbüsdən də kənarda qalmadı. Çoxsaylı QHT-lər Dəstək Fonduna ianələr etdilər. Eyni zamanda Prezident Yanında QHT-lərə Dəstək Şurasının üzvləri və katibliyi də bu dəstək kampaniyasında fəl iştirak etdilər. Fondun yaradılması Vətəndaş Həmrəyliyinin nümayişi məqsədini daşıyırdı ki, bizim vətəndaşlarımız, soydaşlarımız, QHT-lər bu kampaniyada fəal iştirak etdilər.
“Həmin insanları da inandırmalıyıq ki, dövlət maraqlarına məsuliyyətsiz yanaşmaq olmaz”
- Maraqlıdır ki, pandemiyada bu istiqamətdə görülən tədbirlərə baxmayaraq, cəmiyyətdə irəli sürülən məsələlərə inamsız yanaşmalar özünü biruzə verdi. Səbəb nə idi: vətəndaşın vətəndaş cəmiyyəti institutlarına inamsızlığı, vətəndaşla daha əhatəli əməkdaşlıq qura bilməməyiniz, maarifləndirmə, təbliğat işinin yetərli olmaması, yaxud insanlarda psixoloji hazırlıq işinin həddən artıq zəiflıyi?
- Bu “inamsızlıq sindromu” ilk növbədə insan psixologiyasndan irəli gələn bir məsələdir. İnsan o vaxt inanır ki, bu kütləvi hal alır və yaxud da özünə, ailəsinə yaxından təsir edir. Dövlət bütün vətəndaşların bunu eyni anda hiss etməsi üçün belə şərait yarada bilməz. Dövlətin məsuliyyəti var və bunun qarşısını almalıdır. Tutaq ki, 10 milyon əhalinin içində 5-6 min nəfər yoluxursa, bu ola bilər ki, bütün ailələrə təsir etməsin, amma bu o demək deyil ki,pandemiya mövcud deyil. Lakin bu virus mövcuddur. Bunu bütün mütəxəssislərimiz, həkimlərimiz, pandemiyanın təsirlərinə məruz qalan insanlarımız, bütün dünya təsdiq edir. Bizim medianın xəstəxanalardan apardığı canlı reportajlar da buna əyani sübutdur. Təbii ki, dövlət və cəmiyyət inamı olmayan bu insanların təxəyyülü ilə hərəkət edə bilməz. Təbii ki, həm dövlətin, həm vətəndaş cəmiyyətlərinin üzərinə bir ictimai məsuliyyət yükü düşür. Dezinformasiya yayan, ölkəmizin bu sahədə atdığı addımlara kölgə salmağa çalışan insanların təxribat xarakterli əməllərinə uya bilmərik. Biz dövlətimizi, cəmiyyətimizi qorumalıyıq, daha da möhkəm olmalıyıq. Ona görə də bu gün karantin rejiminin sərt tətbiq olunduğu bir günü yaşıyırıq. Dövlətlə yanaşı bizim qeyri-hökumət təşkilatları da vətəndaşlara çoxsaylı müraciətlər edirlər. Şura özü iki gün öncə “evdəyəm” kampaniyasını başlatdı. Həftə sonu, istirahət günlərində pandemiyanın təsirini azaltmaq, qarşısını almaq, yoluxma halını minimuma endirmək üçün evdə qalmağımız olduqca vacibdir. Amma çox təəssüf ki, bütün dövrlərdə cəmiyyətin içində elə insanlar tapılıb ki, onlar hansısa başqa arqumentlər axtarıblar və bu, bütün dövrlərdə, bütün zamanlarda baş verib. Həmin insanları da inandırmalıyıq ki, bu, onlara da təsir edə bilər və cəmiyyət, dövlət maraqlarına məsuliyyətsiz yanaşmaq olmaz. Ona görə də hər bir vətəndaş məsuliyyətli olmalıdır, dünyanı bürüyən bu qorxulu xəstəliklə mübarizədə hamımız həmrəy olmalıyıq, bütün qaydalara əməl etməliyik.
- Psixoloq-ekspertlər hesab edirlər ki, Azərbaycan cəmiyyətində vətəndaşın psixoloji hazırlığı “- 0” dərəcəsində aşağıdır və bu istiqamətdə vəziyyət ürəkaçan deyil. Sizcə, vətəndaş institutlarının bu sahə üzrə əhatəli şəkildə fəaliyyət göstərmək imkanı nə qədərdir? Vətəndaş Cəmiyyətlərinin insanlarda bir çox neqativ steriotiplərin aradan qaldırılmasına yönəlik psixoloji hazırlıq işinin səviyyəsi necədir?
- Bəli, bu gün bizi düşündürən əsas məsələ normal psixoloji mühitin yaradılmasıdır. Təkcə bizim ölkənin təcrübəsini yox, media vasitəsi ilə digər ölkələrdə baş verən hadisələri izləyirik. Məsələn, baxaq görək, özünə həddən artıq güvənən Avropa pandemiyaya nə qədər tab gətirə bild? Yaxud, dünyaya “demokratiya dərsini keçən” ABŞ-da baş verən hadisələr də onu göstərdi ki, özünü demokrat sayanlar da, belə situasiyalarda cəmiyyət maraqlarına uyğun hərəkət edə bilmilər. Biz xalqımızın, dövlətimizin maraqlarını düşünərək, bu prizmadan çıxış etməliyik. Bax Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il 26 dövlət qurumu ilə müsabiqələr keçrib və 429 layihənin maliyyələşməsi haqqında qərar verdi. Mart ayının əvvəlində verilən bu qərar pandemiya başladığı üçün layihənin icrasına başlaya bilmədik. Sonradan həmin layihələri bir daha araşdırdıq və gördük ki, 300-dən çox layihə çaxsaylı insanların toplaşmasını özündə ehtiva edən təlim və tədbirlərə yönəlib. Şura katibliyi həmin QHT-lərə müraciət edərək post-pandemiya dövrünə uyğun olaraq layihələrin mövzusunu dəyişdirməyi təklif edib. Bizim QHT-lər də mümkün olan tədbirləri onlayn qaydada təşkil edirlər, bəzi tədbirlərin mövzusu isə dəyişririlərərk psixoloji yardımların təşkilinə yönəldilib. Bu, təkcə paytaxtda deyil, bütün ölkə ərazisini təşkil edir. Şura bizim İctimai Qərərgahın üzvləri olan 5 vətəndaş cəmiyyətini, 5 resurs və təlim mərkəzinin layhihələrini dəstəkləyir. Burada insanların hazırki durumunun öyrənilməsi, özü ilə bağlı hüquqi məsələləri düzgün qurmayan və dövlətin verdiyi yardım paketlərindən kənarda qalan insanların araşdırılması, onlara müəyyən vətəndaş cəmiyyətlərinin dəstəyini təmin etmək, məlumatları dövlət qurumlarına çatdırmaqla bağlı müəyyən tədbirlər keçirdilir. Əlbəttə belə vəziyyətlərdə psixoloji durumun pozulması hər an mümkündür. Biz rahat yaşamağa, sərbəst hərəkət etməyə vərdiş etmiş insanlarıq. Bizim içimizdə hər sahədə çalışan adamlar var. Faəliyətin məhdudlaşması, insanın özünün daxili dünyasını, hisslərini biruzə verə bilməməsi, onu realizə edə bilməməsi avtomatik psixoloji problemlər yaradır. Təbii ki, psixoloji problemlərin yarandığı bu dövrdə ruhdan düşmək olmaz, vəziyyəti ciddi təhlil etmək lazımdır. Sabaha inamla baxmaq üçün yeni ideyalar üzərində düşünmək lazımdır.Hamə filosof olub, belə vəziyyətlərdə psixoloji cəhətdən özünü ələ almaq imkanına malik deyil. Hətta bizim ali təhsil almış insanlarımızın içərisində də psixoloji gərginlik yaradan bu duruma panik reaksiya verən insanlar olur. Onlar adi hallarda müəyyən sərt rəftar nümayiş etdirirlər. Psixoloji durumun insanlarda arzu olunan səviyyədə tənzimlənməsi mümkün deyil. Belə olan halda biz insanlarımıza, dövlətimizə dəstək olmalıyıq. Burada medianın üzərinə çox böyük yük düşür. Təbii ki, media qurumlarında olan dostlarıma təşəkkür edirəm ki, onlar təkcə pandemiya ilə bağlı məsələləri şərh etmirlər, Qarabağ məsələsini gündəmdə saxlayır, ölkəmizin milli maraqlarını təbliğ edirlər. Əlbəttə biz tam şəkildə pandemiyaya köklənə bilmərik. Pandemiya bu gün bizə “evdə qalmağı” tövsiyə edirsə, biz evdə qalmaqla öz işimizlə fəaliyətimizlə məşğul olmalıyıq. Yazıçıyıqsa yazımızı yazaq, dövlət qurumunda çalışırıqsa Baş Nazirin qərarı ilə məzuniyyətdə qalmağı bəhanə edib fəaliyətsiz qalmamalıyıq. Şura 45 gün müddətində 24 tədbir keçirdi. Biz öz məsuliyyətimizi hiss edərək toparlandıq. Biz bilirik ki, biz böyük bir ictimai sektorun ictimai dəstəyini təmin edirik. Bu halda kənarda qala bilmərik. Bu gün tam onlayın çalışırıq. Bu günlərdə vətəndaşlara çağırışlarla bağlı xahişimiz oldu. Bunu ilk növbədə özümüz etdik, sonra isə digər QHT-ləri də bu çağırışlara qoşulmağa səslədik. Bu çağırışın sırf mahiyyəti vətəndaş mənafeyinə xidmətdir, vətəndaşımızın sağlamlığı, dövlətimizin qorunmasıdır. Sevinirəm ki, bu gün çoxsaylı QHT-lər, vətəndaşlarımız Şuranın “evdəyəm” kampaniyasına qoşulub. Çox sevindirici haldır ki, insanlarımız yavaş-yavaş maskaya alışırlar. Əvvəl bunu qəbul etmirdilər. Sürücülərimiz təhlükəsizlik kəmərlərinə gec adaptasiya olunsa da, indi hamı təhlükəsizlik kəməri taxır. Maşına oturanda sürücü kəməri taxmırsa, özünü diskonfort hiss edirsən. Maskaya da münasibət dəyişib. Son günlərə nəzər salsaq, insanlarımız marketlərdə, əhalinin kütləvi hərəkət etdiyi yerlərdə bu qaydalara əməl edirlər.
“Cəmi iki gün evdə qalmaq tövsiyyə olunduğu halda insanlar marketlərdə nələr etmədilər”
- Fərasət müəllim, sanki pandemiya cəmiyyətin müəyyən ictimai davranış qaydaları ilə bağlı mümkün olan bütün neqativlərə güzgü tutdu. Məlumdur ki, pandemiya ötüb keçəcək. Sizcə bu dönəm insanlarımzın psixologiyasında, faəliyətində mövcud olan neqativləri aradan qaldırmaq üçün hansı təsirini göstərəcək?
- Bu məsələdə vahid bir ictimai fikri ifadə edən mövqe sərgiləmək çox çətindir. Lakin hesab edirəm ki, insanlar həyatlarını necə yünidən qurmaları barədə düşünməlidirlər. İnsanlar dövlətə, cəmiyyətə, bir-birilərinə qarşı münasibətlər haqqında yenidən düşünmməlidirlər. Adi bir misalı deyim, cəmi ikicə gün evdə qalmaq tövsiyyə olunduğu halda insanlar marketlərdə nələr etmədilər, nə qədər ərzaq yığdılar. Çörək üstündə bir-birinə necə davranış göstərdilər. Görəsən, marketdən 5 çörəyi “dartıb” aparan həmin o şəxs onu evində yeyəndə, əl uzadıb 1 çörək belə götürə bilməyən insan haqqında düşünürmü? Hesab edirəm ki, xalq, toplum olaraq bizim bir-birimizə münasibətimiz dəyişməlidir. İnsanlarda sevgi hissləri artmalıdır. Burda söhbət insana vətənə, dövlətə, dövlət əmlakına sevgidən gedir. Bütövlükdə həyat sevginin üzərində qurulub. İnsanlar bunun haqqında düşünməlidir.
- Dediyiniz belə neqativ hallara baxsaq, deməli cəmiyyətdə sivil düşüncə, psixoloji tarazlıq öz yerində deyil. Demək, cəmiyyət buna hazırlanmalıdır, amma necə? Bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının üzərinə hansı məsuliyyət yükü düşür?
- Burada vətəndaş cəmiyyətləri və medianın üzərinə çox böyük iş düşür. Məsələn, hər bir ölkə özünün tarixi, mədəni, ictimai həyatı ilə bağlı filmlər hazırlayır. Həmin filmlərdə, aktyorlar, rolu oynayan şəxslər qrim olunur, daim gözəl göstərilirlər. Tutaq ki, Hindistan filmlərində daim süfrə mədəniyətinin, adət-ənənələrin zənginliyini göstərirlər. Bu o demək deyil ki, həmin ölkənin bütün əhalisi eyni cür süfrə mədəniyyətinə sahibdir. Xeyir, sadəcə media, televiziya, öz millətinin ən gözəl tərəfini götərir. Bax bizim mediamız, televiziya, filmlərimiz də bizim mənsub olduğumuz ən gözəl cizgiləri göstərməlidir. Bu insanları o mədəniyyətə çatmağa stimullaşdırır, digər xalqlar da məhz həmin məlumatlara əsaslanırlar. Yəni burda medianın böyük rolu var. Biz vətəndaş cəmiyyətlərinin, QHT-lərin işi isə mütəmadi olaraq insanlarımızda ülvi hissləri yaşatmaqdır. Biz Vətənə, dövlətə məhəbbət, birlik, qarşılıqlı yardımlar, milli maraqların qorunması, torpaqların azad olunmasında gənclərimizin vətənpərvərlik hisslərinin ruhlandırılması və digər bu kimi məsələlərdə olduqca fəal olmalıyıq və əsas amalımız da budur. /“Üç nöqtə”/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"