Gülər Süleymanovanın oğlu həbsdən buraxıldı

16:37 09-06-2020 | icon 459 | Hadisə
Gülər Süleymanovanın oğlu həbsdən buraxıldı

İyunun 7-də Yeni Yasamaldakı insident zamanı polisin "Sən də dovşansan, ərin də dovşandır!” dediyi Yasamal sakini Gülər Süleymanovanın həbs edilən iki oğlundan biri bu gün azadlığa buraxılıb.



Versus.Az xəbər verir ki, bu barədə Gülər Süleymanovanın vəkili Cavad Cavadov bildirib.

 

Vəkilin sözlərinə görə, polisə əşya atmaqda günahlandırılaraq, 15 sutka həbs cəzası alan Kərim Süleymanlı həbsdən azad olunub və evindədir.


C.Cavadov qeyd edib ki, onun vaxtından əvvəl azad edilməsi ağciyərində olan xəstəliklə bağlıdır:

“Onun qardaşı Elvin Süleymanlı isə həbsdədir. Hər iki qardaşa 15 sutka verilmişdi. İndi Elvinlə bağlı qərardan apellyasiya şikayəti verirəm. Ola bilsin onu da buraxsınlar”.

 

Qeyd edək ki, iyunun 7-də Yasamal rayonunda sərt karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları ilə vətəndaşlar arasında insident yaşanıb. Zibil atmağa gedən vətəndaş polis tərəfindən saxlanıldığı zaman qonşular çoxmərtəbəli binanın eyvanlarından polisə məişət əşyaları tullayıblar.


Daha sonra əraziyə Çevik Polis Alayının bölmələri yeridilib. Bu əməliyyat zamanı ərazidəki binanın 11 sakini Polis bölməsinə apraılıb. Onlardan biri - vətəndaş Elvin Süleymanlı yataqda olarkən polis tərəfindən alt-paltarında evindən çıxarılıb. Onun anasına "Sən də dovşansan, ərin də dovşandır!" deyən polis işçisi  bu gün hüquq mühafizə orqanlarından xaric edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür