"Dərhal bütün polis əməkdaşlarının fədakarlığının üzərindən xətt çəkmək olmaz"

18:08 09-06-2020 | icon 587 | Siyasət
"Dərhal bütün polis əməkdaşlarının fədakarlığının üzərindən xətt çəkmək olmaz"

Əlisahib Hüseynov: "Vətəndaşlarımızı və polislərimizi təxribata çəkmək istədilər"

 

"Bu aralar koronavirus pandemiyasını səssiz müharibə hesab edənlər də var, insanlıq üçün mənəvi-psixoloji sınaq hesab edənlər də var. Şübhəsiz ki, hər iki yanaşmanın sahibləri, müəllifləri haqlıdır. Məni ən çox düşündürən tərəf pandemiyanın həqiqətən də bizim hamımızı sınamasıdır. Elliklə sınağa çəkildiyimiz bu cür həssas və gərgin dönəmdə özünü meydana atan, müsbət nümunə göstərən, virusa qarşı mübarizədə həqiqətən də cəsarət göstərən ilk qüvvə də məhz polislər və həkimlər oldu".

 
 
Versus.Az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədri qeyd etdi ki, dünən və srağa gün baş verən xoşagəlməz insidentlərə görə dərhal bütün polis əməkdaşlarının əməyinin, fədakarlığının üzərindən xətt çəkmək olmaz:
 
"Onlar karantin günlərində öz həyatlarını, sağlamlıqlarını bizdən – cəmiyyətdən ötrü təhlükə altına atdılar. Polislərimiz hər an infeksiyaya yoluxa bilərdilər. Bu, olduqca böyük risk idi. Onlar bütün riskləri, təhlükələri gözə almışdılar. Mən polislərimizin bu fədakarlığını həqiqətən də yüksək qiymətləndirirəm və onlarla qürur duyuram. Lakin baş verən son olaya görə də dərin təəssüf hissi keçirir və üzülürəm. İnsanlarımızın pandemiya nəticəsindəki həssaslıqlarından istifadə edib kimlərsə həm vətəndaşlarımızı, həm də polislərimizi təxribata çəkməyə çalışdılar və buna müəyyən mənada nail də oldular. Lakin DİN rəhbərliyi tərəfindən məsələyə operativ müdaxilə olundu və iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atan şəxslər saxlanılarkən qadınla yüksək səs tonu ilə danışaraq, həmin qadının və həyat yoldaşının ünvanına yersiz ifadələr işlədən polis əməkdaşının tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması barədə qərar qəbul edildi. Həmin qadın isə Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib".
 
 
Bununla da daxildəki və xaricdəki bəzi anti-Azərbaycan qüvvələrin fürsətdən istifadə edib süni şəkildə körükləməyə çalışdığı polis-vətəndaş qarşıdurmasının qarşısının alındığını, ədalətin bərpa olunduğunu deyən Ə.Hüseynov vurğuldı ki, Azərbaycan hüquqi dövlətdir, burada küçə qanunlarına yer yoxdur:
 
"Cəmiyyətlə polis arasında sivil münasibətlərin formalaşması və həmrəylik mühitinin hökm sürməsi Azərbycan dövlətinin yürütdüyü siyasətin əsas prinsiplərindən biridir. İnanırıq ki, bu siyasət bundan sonra da davam etdiriləcək. Bu həssas dönəmdə bizim hər birimiz konsensusa, dialoqa, xoşgörülü davranışa təşəbbüs göstərməli və ixtilaflardan, aqressiyadan çəkinməliyik. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz həqiqətən də birlikdə güclüyük!"
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı