Piyada körpüsü bərpa edildi

11:29 04-06-2018 | icon 764 | İqtisadiyyat
Piyada körpüsü bərpa edildi

Göyçay rayonunda sel nəticəsində dağılan piyada körpüsü bərpa olunub.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, iyunun 3-də Agentlik əməkdaşları ərazidə hərəkətin bərpa edilməsi üçün işlərə başlayıblar:

 

"Bütün ağır texnika və canlı qüvvə əraziyə cəlb edilib. Sel nəticəsində dağılan piyada körpüsü artıq bərpa edilərək əhalinin istifadəsinə verilib. Göyçay rayon İcra Hakimiyyəti əhalinin daşınması üçün körpünün hər iki tərəfinə xüsusi avtobuslar təhkim edib. Hazırda piyada hərəkəti bərpa edilib".

 

Qurum rəsmisi bildirib ki, avtomobil yolunun bərpası işlərinə də başlanılıb:

 

"Hazırda çayın yuxarı hissəsindən müvəqqəti alternativ avtomobil yolunun çəkilməsinə başlanılıb. Çayın məcrasını dəyişdirirlər ki, ərazidə işləmək mümkün olsun. Əraziyə beton borular gətirilib. Çayın üzərinə beton borular düzülməklə həmin boruların üstündə yol çəkiləcək. Bu işlərdən sonra dağılan körpünün bərpasına başlanacaq".

 

A.Nəcəfli qeyd edib ki, ümumilikdə sel körpüyə xəsarət yetirməyib:

 

"Körpü və dayaqları yerindədir. Sadəcə olaraq sel suları sahil-mühafizə bəndini dağıdıb. Körpünün kənarındakı sutənzimləyici qurğunun dağıdılması nəticəsində çayın məcrası genişlənib və üstündə olan yol dağılıb. Həmin hissə körpünün yanaşma yolu sayılır. Ona görə də ehtimal odur ki, ərazidə yeni körpü tikilməyəcək, əvvəlki körpü bərpa olunacaq".

 

O deyib ki, bir həftəyə ərazidə müvəqqəti avtomobil yolu salınacaq və avtomobillərin hərəkəti bərpa ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol