Dünyada ərzaq qıtlığı yarana bilər

11:37 10-06-2020 | icon 264 | Dünya
Dünyada ərzaq qıtlığı yarana bilər

Təcili tədbirlər görülməsə, koronavirus pandemiyası dünyada ərzaq yoxluğuna gətirib çıxara bilər.

 

Versus.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

 

Onun məruzəsində bildirilir ki, koronavirus pandemiyası dünyada hər şeydən əvvəl daha çox həssas icmaların ərzaq təhlükəsizliyinin və qidalanmasının təmin edilməsinə təhlükə yaradır. Mənfi təsirlərin azaldıması üzrə tədbirlər görülməsi və yeni qlobal resessiyalar səbəbindən mövcud ərzaq sistemlərinin fəaliyyəti pozula bilər ki, bu da ağır nəticələrə gətirib çıxarar. Təcili tədbirlər görülməsə, cari vəziyyət qlobal ərzaq fəlakətinə çevrilə bilər.

 

Antonio Quterreş xatırladıb ki, artıq bir çox ölkələr kəskin ərzaq çatışmazlığını hiss edirlər. Hələ pandemiyadan əvvəl milyonlarla insanlar aclıqdan əziyyət çəkiblər.

 

Bu kontekstdə BMT-nin Baş katibi müvafiq tövsiyələrlə çıxış edib. Məsələn, ərzaq və yemək xidmətlərinin ən vacib xidmətlər sırasına daxil edilməsi, ərzaq sektoru işçilərinin müdafiəsinin lazımi səviyyədə təmin edilməsi bu qəbildən tövsiyələrə aiddir. Habelə fövqəladə yardım göstərilməsi və iqtisadiyyatın stimullaşdırılması üzrə tədbirlər paketinin əhalinin ən həssas qruplarını əhatə etməsi təmin olunmalıdır.

 

Bununla yanaşı, ölkələr sosial müdafiə sistemini ərzaq təhlükəsizliyi baxımından risk qrupuna daxil olan insanların maraqlarına uyğunlaşdırmalı və genişləndirməlidir. Bu, artıq məktəbdə qidalana bilməyən uşaqların dəstəklənməsini nəzərdə tutur ki, hazırda onların sayı dünyada 352 milyon nəfərdir.

 

A.Quterreş Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq daha səmərəli bərpaolunma planının işlənilib hazırlanmasını təklif edib. Bildirib ki, ərzaq sistemləri ilə iş həmin planda ən vacib alətidir.

 

Təşkilatın rəhbəri 2021-ci ildə keçiriləcək ərzaq sistemləri üzrə sammitə hazırlıqdan da danışıb. Sammitin məqsədi insanların və planetin mənafeyi naminə sürətli və kollektiv tədbirlər görülməsi üçün dünya ictimaiyyətini bir araya gətirməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI