Vahid Əhmədovun adına SAXTA PROFİL açıldı
Deputat Vahid Əhmədovun adına “Facebook” profili açılıb.
Versus.Az xəbər verir ki, profildə Yasamalda karantin qaydalarının pozulmasına diqqət çəkilərək, vətəndaşı təhqir edən polis tərbiyəsiz adlandırılıb:
“Bir polis əməkdaşının Azərbaycan qadınına “siz hamınız dovşansınız” deməsi böyük tərbiyəsizlik və əxlaqsızlıqdır. Düzü videogörüntülərə axıra kimi baxa bilmədim. Çünki əsəb və stress keçirtdim. Azərbaycan polisi bunu bilməlidir ki, insanları təhqir etmək və aşağılamaq olmaz. Səhəri günü sən bu millətlə üzbəüz qala bilərsən. Bu əxlaqsızlığın arxasında kimlərinsə durduğuna heç şübhə etmirəm. Cənab prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, bu işi öz üzərinizə götürəsiniz”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov sosial şəbəkədə açılan profilin saxta olduğunu deyib:
“Mən “Facebook”da nə profil açmışam, nə də belə bir status yazmışam. Həmin faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Hazırda bunun kimlər tərəfindən edildiyi araşdırılır”. /modern.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"