Avtobuslarda kondisionerlər işləmir

12:10 10-06-2020 | icon 330 | Sosial
Avtobuslarda kondisionerlər işləmir

Bakı Nəqliyyat Agentliyi qadağanın səbəbini AÇIQLADI

 

İyunun 8-də saat 18:30-19:00 radələrində metronun “Neftçilər” stansiyasınındakı dayanacaqda olarkən, 81 saylı avtobusun (eyniləşdirmə nömrəsi 01026) sərnişinləri kondisioneri işə salmağı xahiş etsələr də, sürücü bunun Agentlik tərəfindən qadağan olunduğunu bildirib. “Kimin narazılığı varsa, Bakı Nəqliyyat Agentliyinə müraciət etsin”, - deyən sürücü bu qərarın parlamentdə də müzakirə olunduğunu iddia edib.

 

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparılır:

“TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır. Həmçinin, bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır”.

 

“Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək. Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib. Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik” - deyə, BNA rəsmisi bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI