Parlamentdə dava - VİDEO

12:13 10-06-2020 | icon 387 | Dünya
Parlamentdə dava - VİDEO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası zamanı MHP və CHP millət vəkilləri arasında dava düşüb.

 

Versus.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Respublikası Hesablama Palatasında boş qalmış 5 yer üçün səsvermə zamanı CHP-dən Enis Bərbəroğlunun millət vəkilliyinin ləğv olunmasına reaksiya olaraq CHP-li deputatlar  ləngitmə aktı həyata keçirib. Bununla normalda 45 dəqiqə davam edən səsvermə təxminən 3,5 saat vaxt alıb. Səsvermədən sonra, gözətçiliklə bağlı yeni qanun danışıqları əsnasında əlbəyaxa dava yaranıb.

 

CHP Qrup sədrinin vəkili Özgür Özəl, partiyanın CHP-nin vəsatətləri haqqında danışmasına mane olma cəhdlərinə sərt reaksiya göstərib. Fasiləyə baxmayaraq, MHP üzvləri ilə Özəl arasındakı mübahisə digər millət vəkillərinin də qatıldığı əlbəyaxa qarşıdurmaya çevrilib. MHP Millət vəkili Olcay Kılavuz Özələ və CHP millət vəkili Ulaş Karasuya yumruq atıb. Digər deputatlar arasında da qarşıdurma və toqquşmalar yaranıb. Uzun müddət davam edən dava çətinliklə yatışdırılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol