Deputatın ittihamına nazirlikdən CAVAB

14:39 10-06-2020 | icon 1799 | Cəmiyyət
Deputatın ittihamına nazirlikdən CAVAB

Milli Məclisin iyunun 5-də keçirilmiş iclasında deputat Fazil Mustafa ölkədə internetin zəif olduğuna diqqət çəkərək, pandemiya dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini ən uğursuz işləyən nazirlik adlandırıb.


Adı çəkilən nazirlik bu ittihamla razıdırmı?

 

Versus.Az xəbər verir ki, Qurumun mətbuat katibi Günel Gözəlova bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə müvafiq qərarların icrası və vətəndaşların müvafiq xidmətlərlə fasiləsiz təminatı məqsədilə fəaliyyətini mart ayının 19-dan etibarən xüsusi rejimdə davam etdirir:

 

“Gəlin, nazirliyin strukturuna daxil olan və olmayan, tabeliyindəki qurumlarların fəaliyyətini məhdudlaşdırmayaq. Çünki pandemiyanın yayıldığı ilk gündən bugünə qədər istər nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli , davamlı təmin edilməsinə dair müvafiq qurumlara ciddi tapşırıqlar verilir və daim daim nəzarətdə saxlanılır. Ölkəmiz və dünya üçün yetərincə riskli olan son 3 ayda da, hazırda da görülən işlər, həyata keçirilən layihələr barədə mütəmadi olaraq, nazirliyin rəsmi “Facebook” səhifəsi və saytı vasitəsilə media mənsubları, eləcə də bütün ictimaiyyət məlumatlandırılıb.

Eyni zamanda, birbaşa müraciət edən kütləvi informasiya vasitələrinin sorğuları cavablandırılıb və cavablandırılır. Ən əsası karantin rejiminə baxmayaraq vətəndaşlarımız üçün təhlükə yaratmadan, xüsusi qoruyucu vasitələrdən istifadə etməklə bizə olunan müraciətlər yerindəcə araşdırılır, ortaya çıxan problemlər birmənalı aradan qaldırılır. Pandemiya bitməyib və bu istiqamətdə işlərimizi gücləndirilmiş rejimdə davam etdiririk”.

 

“O ki qaldı subyektiv fikirlərə, bununla bağlı heç bir əlavəm yoxdur” - deyə, nazirlik rəsmisi bəyan edib. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...