Sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? - VİDEO

15:10 10-06-2020 | icon 511 | Hadisə
Sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? - VİDEO

Bakıda “qoçuluq” edərək, təhqir və təhdid yağdıran “AA” seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb.

 

Versus.az Avtosfer.az-a istinadən xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı “Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.

 

Videonu qeydə alan sürücü ona imkan verməyərək, öz zolağı üzrə hərəkət etməyə başlayıb.

 

Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə “lotusan sən?”, “səninlə görüşəcəyəm” deyərək, ardınca nalayiq ifadələr işlətməyə başlayıb.

 

Bu azmış kimi, daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq, həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.

 

Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil “İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol