Siyasətçi xanımdan Gültəkin Hacıbəyliyə İRAD

16:07 10-06-2020 | icon 956 | Siyasət
Siyasətçi xanımdan Gültəkin Hacıbəyliyə İRAD

Könül İsmayılova: “Qadın siyasətdədirsə, bu o demək deyil ki, xanımlığını, əxlaqını itirməlidir”

 

““Siyasət çirkabdır” düşünüb də əxlaq kodeksini unutmaq olmaz. Siyasətlə məşğul olan qadın ümumiyyətlə davranışlarına, sözlərinə diqqət etməlidir. Axı o məişət qadını deyil, ictimai insandır, fəaliyyəti daim istər daxili, istər xarici dairələrdə izlənir”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Milli Şuranın xanım üzvü Gültəkin Hacıbəylinin Şuranın keçirdiyi onlayn görüşdə kişi həmkarları ilə məişət söhbəti etməsinə, siyasətçi xanıma yaraşmayan ifadələr işlətməsinə etiraz edən Müasir Müsavat Partiyasının sədr müavini KÖNÜL İSMAYILOVA deyib.

 

Sədr müavini bildirib ki, Gültəkin Hacıbəyli siyasətçi olmaqdan öncə bir qadın, bir anadır. Onun sözlərinə görə, əsl qadın heç bir halda bu qədər açıqca ağır, qeyri-etik danışa bilməz:

“Hətta ən ağır fiziki işlə məşğul olan xanımlar da ən çətin anlarda qadınlığını, zərifliyini unutmamalıdır. Gültəkin Hacıbəyli hansı məcburiyyətdən o cür qeyri-etik ifadə işlədib? Məcbur idimi ki, vaxtilə kiminsə inəklə buğanı ayıra bilməməsini o cür açıq şəkildə danışmaq? Onun söhbətinə uyğun da ekran qarşısında sözün əsl mənasında ədəbsizcə sərələnən kişi həmkarlarını güldürmək bu qədərmi vacib idi? Bununla onlar nə demək istəyirlər? Demokratiyanı beləmi görürlər? Axı söyüş söymək, təhqir etmək, ictimaiyyət qarşısına az qala gecə paltarında çıxmaq demokratiyadan yox, ilk növbədə xalqa hörmətsizlikdir. Kobud, pis sözlər dilinə gətirən bu qadın əvvəl özünə sonra isə ətrafındakılara hörmətsizlik etmiş oldu”.

 

“Qeybətcil arvadları xatırlatdılar mənə”

 

K.İsmayılova deyir ki, Milli Şuranın bununla ikinci yayılmış videosudur ki, izləyərkən bir azərbaycanlı xanımı, siyasətcisi kimi utanc hissi keçirib:

“Məişət söhbətləri, yaşlarına-başlarına yaraşmayan davranış, danışıq. Qeybətcil arvadları xatırlatdılar mənə. Bu “Şuranın” kişi üzvülərini hardasa anlamaq olar, deyək ki, yaşı ötmüş bekar adamlardı, siyasi düşüncələri tamamən zəifləyib deyə ancaq baş qatmaq üçün qeybət edə bilirlər. Yəni cəmiyyətə lazımsız fiqurlardır. Bəs Gültəkin Hacıbəyliyə nə vacib düşüb ki, onlarla mətbəx söhbətləri edir? Bu xanım dünənə qədər höküməti tərif edirdi, bəzi harınlamış məmurlarsayağı ortada yeyib, qıraqda gəzirdi. İndi isə görün nə qədər məzlumlaşıb ki, normal siyasətlə, bir səmərəli işlə məşğul olub ictimaiyyətə xeyir verməkdənsə, gününü hədər keçirir. Heç şübhəsiz ki, vaxtilə iqtidarı tərfləyəndə müxalifətdəkiləri təhqir edən, müxalifətə keçəndən sonra iqtidardakıları hədəfə alan Gültəkin Hacıbəyli sabah yenidən mövqeyini dəyişə və vidyoda görünən o divanda uzanan, hərəyə bir ad qoyan insanları satacaq. Bilmək olmaz, bəlkə də artıq satıb”.

 

MMP sədr müavinin sözlərinə görə, özlərini müxalifət, siyasətçi, ziyalı adlandıran bu adamlar xalqa, gəncliyə yaxşı heç nə vəd etmirlər. Hesab edir ki, heç nəyi, heç kimi bəyənməyən, hərəyə bir ad qoyan bu “siyasilər” bu cür gedişlə, davranışla hakimiyyətə gələcəkləri günü ancaq xəyal edə, ən yaxşı halda yuxuda görə bilərlər.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi