“Müxalifətin güclü olması iqtidarın da xeyrinədir”

20:27 10-06-2020 | icon 551 | Siyasət
“Müxalifətin güclü olması iqtidarın da xeyrinədir”

Əli Orucov: “Müxalif partiyaların elə geniş beynəlxalq əlaqələri də yoxdur”

 

“Siyasi partiyaların Dağlıq Qarabağ problemi ilə bağlı imkanları və gücü nəyə çatırsa, onu da edir. Müxalif partiyalarının siz düşündüyünüz kimi elə geniş beynəlxalq əlaqələri yoxdur”.

 

Bunu Versus.az-a açıqlamasında AMİP katibi Əli Orucov beynəlxalq təşkilatların Qarabağ məsələsində sərgilədiyi ikilistandartlara qarşı dünyanı qıcıqlandıran reyaksiyaların olmaması ilə bağlı danışarkən deyib.

 

AMİP katibi hesab edir ki, ölkədə beynəlxalq əlaqələri geniş olan yeganə partiya AMİP-dir və bu təşkilat Dağlıq Qarabağ məsələsini həmişə bütün beynəlxalq tədbirlərdə qaldırıb:

“Amma elə olur ki, maliyyə sıxıntıları ucbatından bir çox dəvət aldığımız mötəbər beynəlxalq tədbirlərdə iştirak edə bilmirik. Xaricdən gələn qonaqlarımızı utandığımızdan partiyanın Nəsimi rayon təşkilatındakı 3 otaqlı mərkəzi qərargahında qarşılaya bilmirik. Ona görə biz dönə-dönə deyirdik ki, müxalifətin güclü olması dövlətimizin və hətta iqtidarın xeyrinədir”.

 

Ə.Orucov bildirib ki, siyasi partiyalar, eləcə də AMİP indiyədək beynəlxalq təşkilatlara yüzlərlə bəyanatlar və təkliflər verib. Eləcə də separatçı rejimin “seçkilərinə"və Şuşada "inaqurasiya" mərasiminə ciddi və sərt təpki göstərilib:

 

“Lakin bu məsələ tək partiya ilə deyil, xalq, millət və dövlət olaraq birgə mübarizənin nəticəsində həll oluna bilər. Azərbaycan hakimiyyəti ermənilərin Dağlıq Qarabağda və işğal etdiyi ərazilərdə əlini qolunu sallayıb gəzməsinə, müxtəlif tədbirlər və şənliklər etməsinə imkan verməməlidir. İşğalçılar özlərini çox rahat və sərbəst aparmamalıdır. Daim atəş altında və narahat olmalıdırlar ki, arxayınlaşmasınlar. Bütün bunları da siyasi partiyalar yox, xalqdan və cəmiyyətin bütün təbəqələrinin o cümlədən siyasi qüvvələrinin dəstəyini alaraq, hakimiyyət etməlidir. Partiyaların bəyanatları və sərt münasibətləri ilə münaqişəni ədalətli həll etmək və erməni həyasızlığına, eləcə də təxribatlara son qoymaq mümkün deyil. Separatçı rejim birinci dəfə deyil ki "seçki" şousu yaradır. Azərbaycan iqtidarı əməli işə keçməli, dövlətin gücünü və millətin iradəsini hər kəsə kəskin şəkildə göstərməlidir. Erməni işğalçıları da donuz kimidir, onu ərazilərimizdən sözlə deyil, dəyənəklə çıxarmaq lazımdır. Bunun alternativi yoxdur”.

 

Ə.Orucov bildirib ki, siyasi partiyalar indiyədək beynəlxalq təşkilatlara yüzlərlə bəyanatlar və təkliflər verib:

Siyasi partiyaların Dağlıq Qarabağ problemi ilə bağlı nələrə imkanları və gücü çatırsa edir. Siyasi partiyaların əlində hakimiyyət və silahlı qüvvələri yoxdur. Müxalif partiyaların siz düşündüyünüz kimi elə geniş beynəlxalq əlaqələri də yoxdur. Bunun üçün maddi texniki baza olmalıdır ki, bu da yoxdur”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı