Onların mədəniyyətlə bağlı Qənirə Paşayevadan GÖZLƏNTİLƏRİ var

20:57 10-06-2020 | icon 900 | Mədəniyyət
Onların mədəniyyətlə bağlı Qənirə Paşayevadan GÖZLƏNTİLƏRİ var

"O, indiyədək bu işlərlə onsuz da məşğul olub və xaricdə də əlaqələri genişdir”

 

Hər bir xalqı beynəlxalq müstəvidə tanıda biləcək ilkin amillərindən biri də mədəniyyətdir. Bu sahədə nə qədər boşluq olarsa, həm ölkə daxilində, həm də beynəlxalq arenada zəif düşmüş hesab olunarsan.

 

Hər bir sahədə olduğu kimi, mədəniyyətə aid məsələlərlə də məşğul olan rəsmi qurumlar, QHT-lər var.


Milli Məclisdə bu istiqamətdəki məsələlərlə Mədəniyyət komitəsi məşğul olur.


Maraqlıdır, Mədəniyyət komitəsindəki deputatlar təmsil etdikləri sahənin bilicisidirmi? Vətəndaş cəmiyyətinin üzvləri kənardan bunu necə müşahidə edirlər?

 

Versus.Az Modern.az-a istinadən ekspertlərinə rəyini təqdim edir:

 

Xalq artisti, rejissor Əbdül Mahmudov Milli Məclisdə Mədəniyyət komitəsinin yeni sədri Qənirə Paşayevadan və gənclərdən müəyyən işlər gözlədiyini deyib:

 

 

 

“Mən hazırda 77 yaşındayam və ömrümün 65 ilini kino sahəsinə, mədəniyyətə həsr etmişəm. Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, Qənirə xanımı Mədəniyyət komitəsinin başına gətirdilər. Alim, akademik mədəniyyət adamı deyil, teatrda, incəsənətdə olan, televiziyada çıxış edən mədəniyyət sahəsinin adamıdır. Bu baxımdan Qənirə Paşayevanın komitə sədri olması uğurlu addımdır. O komitə sədri seçilən kimi mədəniyyət sahəsində olan orta yaşlı və yaşlı sənətkarların hamısını diqqətə götürdü və böyük layihə hazırlayır. Məsələn, mənim 15 may ad günüm idi, nə Mədəniyyət Nazirliyindən, nə də də kinostudiyadan təbrik aldım. Amma Qənirə Paşayeva o qədər işin arasında məni diqqətdən kənar saxlamadı, zəng vurub təbrik etdi. Ömrünün 65 ilini kinoya həsr edən adam əlbəttə ki, diqqət gözləyir, nədənsə inciyir. Ona görə bu təbrik mənim üçün tam yerinə düşdü.

 

Komitədə təmsil olunan gənc deputatlar gördükləri işləri ilə öyünməlidirlər, nişanları ilə yox. Komitə üzvləri “Xalq artisti” adının verilməsi məsələsinə diqqət yetirməlidirlər. Hər yoldan keçən və xalqın nifrət etdiyi adam xalq sənətkarı ola bilməz. Bundan başqa, sənət adamları üçün yaş məsələsinə qoyulan məhdudiyyət məsələsinin götürülməsini bütün kino sahəsində olan sənətkarlarımız adından xahiş edirəm. 65 yaşdan sonra sənətkara “sən bizə lazım deyilsən” demək olmaz. Bu yaş dövründə bəzən sənətkarlar daha da püxtələşir. Mədəniyyət komitəsi bu problemə diqqət ayırsa, yaxşı olar”.

 


 

Tanınmış mədəniyyət yazarı  Afaq Vasifqızı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Fazil Mustafa, Nizami Cəfərov, Aqil Abbasdan gözləntilərinin olduğunu bildirib:


“Azərbaycan mədəniyyətilə bağlı qanunvericilikdə bir sıra boşluqların olması heç kəsə sirr deyil. Bu boşluqlar barədə illərlə mətbuatda müzakirələr aparılsa belə, hələ də həllini tapmayan məsələlər var. Kino və kinoprokat, dublyaj, kitab nəşri kimi sahələrin hər biri industriya halına gəlməli, dünyanın hər yerində olduğu kimi menecerlər institutu tərəfindən idarə olunmalıdır. Düşünürəm ki, Milli Məclisin Mədəniyyət komitəsindəki millət vəkilləri boşluqlardan xəbərsiz deyillər.

Gözləntilərə gəlincə, əlbəttə, gözləntilərim var. Komitə sədri, dəyərli həmkarım Qənirə Paşayevanı tamamilə kompetent hesab etdiyimdən ilk növbədə bütün gözləntilərim məhz ona yönəlib. Əminəm ki, sədr olduğu sürəcə problemlərin həllinə şərait yaradacaq. Fazil Mustafanın, Nizami Cəfərovun, Aqil Abbasın da milli dəyərlərimizə münasibətini bildiyimdən inanıram ki, bu sahədəki ağrılı məqamları dəqiq işarələyib, aradan qaldırılmasına çalışacaqlar”.

 

Yazıçı-kulturoloq Aydınxan Əbilov Mədəniyyət komitəsində yeni simaların olmasını yüksək qiymətləndirib:

 

Milli Məclisin yeni tərkibində bir çox təzə simanın, eyni zamanda yeni nəsil siyasətçilərin təmsil olunması ictimaiyyət nümayəndəsi olaraq bizi də sevindirir. Mədəniyət komitəsinin tərkibinin dəyişilməsi və yeni sədrin təyini məsələsi isə daha sevindiricidir. Amma onu da deyim ki, komitənin indiyə qədərki iş prinsipi bizi qane etməyib. Çünki digər komitələrin iş sisteminə baxanda Mədəniyyət komitəsinin fəaliyyəti zəif olub. Belə ki, mədəniyyətlə bağlı qanunvericilik aktları və layihələr hazırlanan zaman bəzi QHT-lərin, mədəniyyət sahəsində olan araşdırmaçıların bu işlərə cəlb edilməməsi bizi hər zaman düşündürüb. Komitənin keçmiş sədri Rəfael Hüseynov deyə bilər ki, əslində Milli Məclisin bütün qanun layihələri parlamentin saytında açıq müzakirəyə qoyulmuşdu və kim istəsə fikir bildirə bilərdi. Amma virtual ictimai açıqlıqla yanaşı, ictimaiyyətin real nümayəndələrinə də komitənin iclaslarında iştirak edib öz fikirlərini bildirmək və mədəniyyət sahəsindəki problemləri qaldırmağına şərait yaratmaq lazımdır. İndiyədək biz görmüşdük ki, Mədəniyyət komitəsi sanki Mədəniyyət Nazirliyinin strukturu kimi fəaliyyət göstərir. Amma indi vəziyyət dəyişib. Mədəniyyət Nazirliyinə ictimai nəzarəti Milli Məclisin Mədəniyyət komitəsi etməlidir. Biz kulturoqlar, ictimai-mədəni sahənin adamları da bu istiqamətdə komitənin fəaliyyətinə kömək olmalıyıq. Yəni əgər belə bir təklif gələrsə, biz böyük məmuniyyətlə yardım etməyə hazırıq”.

 

 

A.Əbilov Mədəniyyət komitənin parlamentdə təmsil olunan digər komitələrlə sıx əlaqədə olmasının vacibliyini vurğulayıb:

 

“Mədəniyyət siyasəti yalnız incəsənətlə bağlı deyil. Bu sahə özündə bir çox istiqamətləri əhatə edir. Mədəniyyət komitəsi istəsə də, istəməsə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə çalışmalıdır. Baxın, bizim YUNESKO ilə geniş əlaqələrimiz var və bu əlaqələrdə daha çox Heydər Əliyev Fondu və I vitse-prezident Mehriban Əliyevanın aktivliyi müşahidə olunur. Yaxud da Azərbaycanda bir çox mədəniyyət forumları və s. təşkil edilərkən, bunların heç birində Mədəniyyət komitəsinin səsini eşidə bilmirdik. Komitə özü təklif etməli idi ki, həmin forumlara Azərbaycanın ictimai-mədəni fəalları da qatılsın. Amma təəssüf ki, bizi həmin forumlara başqa-başqa nazirliklər dəvət edirdi. Eyni zamanda, müəllif hüquqları ilə bağlı məsələdə bu komitə ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bir çalışmalı idi, amma çalışmadı. Onu da bildirim ki, Mədəniyyət komitəsi mədəniyyət sahəsində çalışan insanların həm məişət məsələləri, həm müəllif hüquqları məsələsi ilə maraqlanmalı, həm də xaricdə ermənilər tərəfindən mədəni nümunələrimizin mənimsənilməsi ilə bağlı etiraz aksiyaları təşkil etməli və aidiyyatı təşkilatların aksiyaya cəlb olunmasına diqqətli olmalıdır. Hər şeyi gözləməli deyilik ki, ölkə başçısı, Heydər Əliyev Fondu etsin. Digər strukturlar tapşırıq gözləməli deyil. Məsələn, Ermənistan ya digər ölkələr Azərbaycan mədəniyyəti ilə bağlı hər hansı təxribata yol verərkən başlayırıq bu hadisələrin arxasına düşüb, etiraz etməyə və bu da Azərbaycanın daxilindən kənara çıxmır. Bütün bu sadaladığım məsələlərə Mədəniyyət komitəsinin xüsusi önəm verməsini gözləyirəm və Qənirə Paşayevanın sədrliyi ilə gözləntilərimin reallaşacağını düşünürəm. O, indiyədək bu işlərlə onsuz da məşğul olub, amma hazırda komitə sədri olaraq əlində daha geniş imkanlar var və xaricdə də əlaqələri genişdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol