“Əli Kərimli müxalifətdəki dağıdıcı rolundan razıdır”

13:59 04-06-2018 | icon 795 | Siyasət
“Əli Kərimli müxalifətdəki dağıdıcı rolundan razıdır”

Razi Nurullayev: “30 il ki, bir partiya “ana müxalifət” olmağa iddia edir və bunu bacara bilmir, bu gün bu məsələnin yenidən gündəmə gətirilməsi absurddur”

 

“Əli Kərimli müxalifətin içərisində hər zaman qıcıq yaradan qaynaq olub. Müxalifət camiyəsinə, elə Milli Şuranın tərkibinə baxsaq, ona dost olan kimsə yoxdur”.

 

Bunu Versus.Az-a AXCP sədri Razi Nurullayev müxalifətdə gərginliyin aradan qaldırılması ilə bağlı Əli Kərimli “cəbhəsi”indən verilən mesajlarla bağlı açıqlamasında bildirib.

 

Razi Nurullayev bildirib ki, müəyyən insanlar, elə hakimiyyətin özündə olan kimlərsə Əli Kərimlini zaman-zaman gündəmdə saxlamaq istəyiblər:

 

“Həmin qüvvələr belə məsələləri ortaya atmaqla onu xalqın yadına salıblar. Bu gün Əli Kərimlinin müxalifətdə qalması bəlkə də daha çox hakimiyyətə sərf edən bir variantdır. Amma ola bilsin ki, müxalifətin içərisində də onun bu şəkildə gündəmdə qalmasına sevinənlər var. Çünki kimlərsə onun kölgəsində nələrəsə nail olub, siyasət qururlar”.

 

Razi Nurullayev hesab edir ki, Əli Kərimli müxalifətdə özünün dağıdıcı rolundan razıdır və  hakimiyyət də onu məhz buna görə gündəmdə saxlayır:

 

“O, bu cür müxalifət kürsüsünə “yapışıb qalmaqdan” da razıdır, təki ortada ona sərf edən variant olsun. Bu isə nə müxalifətə, nə də xalqa sərf etmir”.

 

Nurullayev Kərimliyə qarşı “hücumların” müxalifətin uğursuzluğu kimi önə çəkilməsini və onun “ana müxalifətçi” kimi önə çəkilməsi iddiasına da birmənalı yanaşmayıb:

 

“Bu gün müxalifətdə gərginliyin olduğunu düşünmürəm. Müxalifətdə hər kəs bu və ya digər şəkildə öz işi ilə məşğuldur. Eyni zamanda, Əli Kərimlinin barəsində deyilən fikirlərin müxalifəti uğursuzluğa aparacağını da düşünmürəm. 30 il ki, bir partiya “ana müxalifət” olmağa iddia edir və bunu bacara bilmir, bu gün bu məsələnin yenidən gündəmə gətirilməsi absurddur. Əli Kərimli “ana müxalifət” ola bilməz”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol