ALDP Avropa Parlamentinin birgə qəbul etdiyi bəyanatı ALQIŞLAYIR

13:18 11-06-2020 | icon 431 | Siyasət
ALDP Avropa Parlamentinin birgə qəbul etdiyi bəyanatı ALQIŞLAYIR

"Ümid edirik ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə qəbul etdiyi bəyanatı alqışlayır.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumatda vurğulanıb:

"İlk dəfədir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamentinin rəsmiləri tərəfindən birgə sənəd qəbul olunub. Bu sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.

ALDP hesab edir ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa Parlamentinin bəyanatı işğalda olan torpaqların azad olunması üçün hüquqi əsas verir.

ALDP ümid edir ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR