Erməni separatçılarının “yol xəritəsinin” əsas hədəfi nədir?

14:03 11-06-2020 | icon 519 | Geopolitika
Erməni separatçılarının “yol xəritəsinin” əsas hədəfi nədir?

Elxan Şahinoğlu: "İşin arxasında Yunanıstanın olmasına dair şübhələr var"

 

Erməni separatçıları İrəvanla birgə əvvəlcə işğal altındakı Şuşada “andiçmə mərasimi” keçirdilər. Separatçıların yeni “prezidenti” ikinci mərhələdə “təyinatlar” həyata keçirdi. Separatçılar hazırda keçiblər növbəti mərhələyə. Söhbət separatçıların reallaşdırmağa çalışdığı “yol xəritəsindən” gedir. İlk olaraq yunanlardan başlayıblar.

 

Versus.Az xəbər verir ki, bu barədə verdiyi şərhdə Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ separatçıları ilə Kipr Yunan Respublikası arasındakı əlaqələri araşdırmasına və yunanlara xəbərdarlıq mesajı göndərməsinə ehtiyac olduğunu bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Dağlıq Qarabağ separatçılarının “parlament sədri” Artur Tovmasyan iyunun 10-da açıqlama verərək Kipr Respublikası ailə “Artsax-Kipr” dostluq qrupu formalaşdırdıqlarını bildirib.

 

Politoloqun fikrincə, bu qeyri-rəsmi klub deyil, qrupa Kipr Yunan Respublikası tərəfindən bu ölkənin deputatları, bələdiyyə üzvləri və adanın müxtəlif siyasətçiləri daxildirlər:

“Kipr Yunan Respublikası bu yolla Dağlıq Qarabağ separatçıları ilə rəsmi təmas qurmuş olur. Əslində erməni separatçılarıyla adı çəkilən qrupun yaradılması təşəbbüsü martın əvvəllərində Kirpdə verilmişdi. Tərəflər dünyanı bürüyən koronavirus epidemiyasına baxmayaraq, bu aylarda ciddi çalışıblar və əməkdaşlığı genişləndirmək üçün “yol xəritəsi” tərtib ediblər”.

 

E.Şahinoğlu bildirib ki, işin arxasında Yunanıstanın olmasına dair şübhələr var. Yunanıstanla Türkiyə arasındakı münasibətlərin son zamanlar gərginləşdiyini vurğulayan politoloq hesab edir ki, görünür, rəsmi Afina Bakı-Ankara strateji ittifaqının güclənməsinə Kiprdəki yunanlar vasitəsilə cavab verir:

“Rəsmi Afina istəsə Kiprdəki yunanlarla Dağlıq Qarabağdakı ermənilər arasındakı intensivləşən əlaqələrə son qoya bilər. Separatçılarla ada vasitəsilə əlaqələr davam edirsə, demək rəsmi Afina belə istəyir.

Erməni separatçıları məqsədlərini gizlətmirlər. Onlar yunanlarla yaratdıqları klubun fəaliyyəti vasitəsilə bir müddət sonra Kipr Yunan Respublikasının “Dağlıq Qarabağ Respublikasını” rəsmən tanıyacaqlarına ümid edirlər. Bu məsələdə erməni lobbisi yunan lobbisi ilə birgə çalışır.

Azərbaycan bu əlaqələri görməzlikdən gələ bilməz. Əks halda erməni separatçılarının  formalaşdırdıqları “dostluq” qruplarının sayı artacaq. Separatçılar mövcud “qrupları” fəallaşdırmağa və dünyada tərəfdar sayını artırmağa çalışacaqlar. Tərtib etdikləri “yol xəritəsinin” əsas hədəflərindən biri bölgəyə səfərlərin artmasını təmin etməkdir. Əlbəttə, hazırki pandemiya dövründə bunu reallaşdırmaq mümkün deyil. Separatçıların bütün hazırlıqları postpandemiya dövrünə hesablanıb.

 

Separatçıların və erməni lobbisinin məqsədi bu “qruplar” vasitəsilə işğalı rəsmiləşdirməkdir. Hələ ki, bu onlarda alınmır. Ancaq separatçılar, Ermənistan hakimiyyəti və erməni lobbisi çalışmalarına ara vermirlər. Bu baxımdan Azərbaycan XİN birbaşa və ya Yunanıstan üzərindən Kipr Yunan Respublikasına nota göndərməlidir. Qoy rəsmi şəkildə desinlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və yaradılan qrupun Kipr Yunan Respublikasının rəsmi qurumlarına aidiyyatı yoxdur. Əgər belə bir cavab verərlərsə, bu erməni separatçılarına tərs şillə sayıla bilər. Yox əgər yunanlar Azərbaycan XİN-in notasına reaksiya verməzlərsə və ya məntiqsiz cavab verərlərsə, biz də onlara Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə əlaqələrimizi daha üst səviyyəyə qaldıra biləcəyimizlə bağlı mesaj göndərə bilərik”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol