Teymur Mustafayev koronavirusdan ölüb
"4 iyunda "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib".
Versus.Az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, şəxs dərhal reanimasiya şöbəsinə yerləşdirilib:
"Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb".
Onun sözlərinə görə, həkimlərin səyinə baxmayaraq, xəstədə 11 iyun, saat 15:30-da bioloji ölüm qeydə alınıb.
Qeyd edək ki, Teymur Mustafayev Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"