AP-dan erməni işğalına və terrora qarşı çox yumşaq reaksiya

15:12 12-06-2020 | icon 385 | Geopolitika
AP-dan erməni işğalına və terrora qarşı çox yumşaq reaksiya

Ramiyə Məmmədova: “Minsk Qrupu məsələyə cəlb edilməklə, beynəlxalq müzakirəyə çıxarılmalıdır”

 

“Avropa Parlamentinin (AP) Azərbaycan, Ermənistan üzrə məruzəçilərinin, AP-nın region dövlətləri üzrə  Parlament Əməkdaşlıq Komitəsinin həmsədrinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı verdiyi bəyanatında Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə dair çağırışı müsbət hal olsa da, bu, erməni işğalına və terrora qarşı çox yumşaq reaksiyadır”.

 

Bunu Versus.az-a politoloq Ramiyə Məmmədova şərh edib.

 

Politoloq bildirib ki, illərdir işğal faktına məhəl qoymayan beynəlxalq ictimaiyyətin ərazilərimizdə aparılan qeyri-qanuni məskunlaşma siyasətini gözardına alaraq, nəhayət belə bir yumşaq bəyanat sərgiləməsi ilə münaqişənin həllinə ciddi təsir edə bilməz. Politoloq məhz belə bəyanatlara baxmayaraq Ermənistan separatçı rejimi Qarabağda öz istədiyi oyunlardan çıxır:

“Bu gün Ermənistan işğal altında olan Azərbaycan ərazilərindən – Qarabağdan Ermənistana 3-cü yolu çəkir. Yolların çəkilişi ilə rayonları bir-birinə bağlamaqla Qarabağı Ermənistanın əzəli əraziləri kimi göstərməyə çalışırlar. Burda həm də o fonu yaratmaq istəyirlər ki, guya Qarabağda məskunlaşan ermənilər “mübarizə apararaq öz torpaqlarını geri alıblar”. İşğal altında qalan ərazilərimizdə infrastrukturu bərpa edib, Ermənistanla Qarabağ arasında yollar çəkməklə həmin torpaqlara daha çox layiq olduqlarını ifadə edir, daha çox erməni əhalisi məskunlaşdırmaq niyyəti güdürlər. Bu yolverilməzdir”.

 

Politoloq bildirib ki, bu illər ərzində verilən bəyanatlarda iğalda qalan ərazilərimizin Azərbaycanın tarixi torpaqları olduğu və ermənilərin orada qanundan kənar heç bir iş görməyə hüquqlarının olmadığı bildirilib. Dağlıq Qarabağda separatçıların apardığı məskunlaşma, Azərbaycan yer adlarının dəyişdirilməsi, Azərbaycan qanunvericiliyinə, ərazi bütövlüyünə ziddir. Buna görə Azərbaycan Xarici İşlər Nazirliyi buna qarşı bəyanat verməlidir. Minsk Qrupu  məsələyə cəlb edilməklə, beynəlxalq müzakirəyə çıxarılmalıdır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, hüquqlarını pozması bəyan olunmaqla Ermənistana qarşı sanksiya  tələb olunmalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan əsgərini alçaldırsız - HİDDƏT

Geninə-boluna söyə də bilmirəm

Payız gəldi, mövsümü xəstəliklər dirçəldi

"Hökumətə SOS siqnalı veririk”

Muzeydə Anım Gününə həsr olunmuş tədbir keçirilib

“Azərsu”-ya qarşı yeni dələduzluq fəndi

"Dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır"

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin nəticələri elan olunub

Qazi ilə kobud davranan direktor CƏZALANDIRILDI

"Bu, “tarixi torpaqlarımızı qayıtma” əməliyyatı kimi yadda qalacaq"- TƏHLİL

Laçında top mərmiləri aşkar edilib

“Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi” - AÇILIŞ MƏRASİMİ

Ölkə boyu həyəcan siqnalı verildi

Ronaldudan etiraf

Zelenskinin BMT-dən istəyi