Amerika-Çin qarşıdurmasında yeni amil: Uyğur problemi

15:25 12-06-2020 | icon 499 | Geopolitika
Amerika-Çin qarşıdurmasında yeni amil: Uyğur problemi

Elxan Şahinoğlu: “Pekinin uyğurlara qarşı sərt siyasəti Vaşinqtonun Çinə qarşı siyasətini sərtləşdirməyə imkan verir”

 

ABŞ Konqresi mayın 27-də Çinin Sincan Uyğur Muxtar Rayonu və digər ərazilərdə uyğurları, digər milli və dini azlıqları sıxışdırmaqda Pekini ittiham edən qanun qəbul edib. Qanun Çinin yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək. Qanun qəbuluna dəstək verən konqresmenlərdən Bred Şerman Amerikanın uyğurların tərəfində olduğunu vurğulayıb.

 

Bu barədə Versus.Az-a şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 

ABŞ-ın Çinin 1 milyondan artıq uyğur türkünü islah-əmək düşərgələrində saxladığını açıqlamasını vurğulayan politoloq qeyd edib ki, Vaşinqton müsəlman uyğurların Çində terrorizmlə əlaqəli olduqları ittihamı ilə repressiyalara məruz qaldığı qənaətindədir:

“ABŞ Konqresinin məlum qanunu Çində yaşayan digər azsaylı xalqları – qazaxları, qırğızları da unutmayıb. Çində onların haqları da pozulur. Yenu qanuna görə Çindəki azlıqlarla bağl hər il Konqresə hesabat hazırlanmalıdır. Faktiki yeni qanun ABŞ-la Çin arasındakı siyasi münasibətlərin konturlarını müəyyələşdirir. Qanunun icrasına Dövlət Departamenti və Milli Kəşfiyyat İdarələri nəzarət etməlidirlər”.

 

E.Şahinoğlunun sözlərinə görə, bundan başqa ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu 22 may 2020-ci il tarixində, etnik müsəlman qruplarına qarşı insan hüquqları pozuntularında iştirak etdiklərinə görə 2019-cu ilin oktyabr ayında tərtib etdiyi yerləşdirilən 28 müəssisəyə daha 9 Çin şirkətini əlavə etdi. Bu şirkətlər uyğurların məcburi əməyinin istismarından istifadə edirlər.

 

Politoloq bildirib ki, Uyğurların düşərgələrdə hazırldıqları məhsullar bu siyahıya salınan şirkətlər tərəfindən satışa çıxarılır və qazanc həmin şirkətlərə qalır. Ona görə də Amerika bu şirkətlərə qarşı sanksiya qərarı verib:

“Çin uyuğurlara qarşı 3 istiqamətdə mübarizə aparır:

Birinci istiqamət radikal uyğurlarla mübarizədir. Çin onları terrorçu adlandırır və belələrini neytrallaşdırmağa çalışır.

İkinci istiqamət uyğuların tarixi torpaqlarına çinlilərin köçürülməsidir. Nəticədə yerli uyğurlarla çinlilər arasında məşiət zəminində tez-tez toqquşmalar baş verir.

Üçüncü istiqamət uyğurları məcburi şəkildə “tərbiyə” etməkdir. Bu məqsədlə uyğular məcburi və növbəli şəkildə düşərgələrə yerləşdirilir və onların əməyi isitismar edilir. Rəsmi Pekin həmin uyğurların həmin düşərgələrə “könüllü” gəldiklərini iddia etsə də faktlar və müşahidələr əksini göstərir. Heç kim “könüllü” şəkildə düşərgəyə gedib əməyinin istismarı olunmasını istəməz. 

ABŞ Konqresinin məlum qanunu heç də Vaşinqtonun uyğulara sevgisindən irəli gəlmir. Sadəcə, Vaşinqton Pekini müxtəlif istiqamətlərdə sıxışdırmaq istəyir. Bu mənada Pekinin uyğurlara qarşı sərt siyasəti Vaşinqtonun Çinə qarşı siyasətini sərtləşdirməyə imkan verir. Buna baxmayaraq, rəsmi Pekinin xarici və təhlükəsizlik siyasətini aqressivləşdirməsi beynəlxalq birliyin uyğurların porblemlərinə diqqətin artırılmasına səbəb olub”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI