Zibil qabı uzaqdadırsa, ora getməyə icazə verilmir

18:10 12-06-2020 | icon 403 | Sosial
Zibil qabı uzaqdadırsa, ora getməyə icazə verilmir

Vətəndaş yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün çıxa bilər.

 

Versus.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

 

Onun sözlərinə görə, əgər məişət tullantıları qabı uzaqdadırsa, ora getməyə icazə verilmir:

"Həmin şəxs 200-300 metr zibil atmaq üçün yaşayış yerini tərk edə bilməz. Bu üsuldan sui-istifadə edənlər məsuliyyətə cəlb ediləcəklər. Yəni zibil atmaq adı ilə yaşayış yerindən uzaqdakı əraziyə getmək qadağandlr. 2 gün müddət çox deyil. Həmin zibilləri eyvanda qapalı qabda saxlamaq olar”.

 

Operativ Qərargahın bugünkü brifinqində bildirlib ki, sərt karantin günlərində Bakıdakı binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər yerləşdiriləcək.

 

Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayevin sözlərinə görə, artıq bu konteynerlərin quraşdırılması prosesinə başlayıb.

“Bu konteynerlər yalnız yaxınlığında zibil qabı olmayan binaların ətrafında qoyulacaq. Bununla əlaqədar artıq 1000 konteyner ayrılıb və bunlar yalnız iki gün üçün nəzərdə tutulub”.

 

E.Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin reimi dövründə insalar çörəyi aşırı dərəcədə alıblar və sonrakı günlərdə onları zibil qabına atıblar:

“Atılmış çörəkləri görəndə belə təəssürat yaranmışdı ki, insanlar sanki çörəyi iki günlük deyil, bir həftəlik alıblar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür