Bu təşkilatların işə başlanma saatı DƏYİŞDİRİLİR
Sərt karantin günlərində bəzi təşkilatların işə başlama vaxtı dəyişə bilər.
Versus.az xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik günün pik saatlarında işə gəlmə zamanı ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulur:
"Bu məsələ hazırda Operativ Qərargahda müzakirə olunmaqdadır. Ona görə də ola bilsin ki, müxtəlif təşkilatlar fərqli saatlarda işə başlasınlar”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"