“Sizin məsuliyyətiniz və günahınız olmayıbmı?”

22:11 12-06-2020 | icon 462 | Siyasət
“Sizin məsuliyyətiniz və günahınız olmayıbmı?”

Razi Nurullayev: "Sualın sərtliyini şəxsinizə qarşı dəyərləndirməyin"

 

Deputat Razi Nurullayev Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” məsələnin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifova sual ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, Razi Nurullayev eyni sualı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova da şamil edib:

“Hörmətli Samir müəllim, 2015-ci ildən bu sualı sizə vermək istəyirəm. Bu sualı həm də ölkənin Mərkəzi Bankının sədrinə ünvanlayıram. İstərdim ki, Elman müəllim də cavab versin.

Samir müəllim, manatın dəyərdən düşməsində, maliyyə sistemimizin “Mariana çökəkliyi” dəriniyində çat verməsində, bunun nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafının ciddi ləngiməsində özünüzün məsuliyyət daşıdığınızı qəbul edirsinizmi? O zamanın və bu günün Maliyyə naziri kimi sizin məsuliyyətiniz və günahınız olmayıbmı? Cavabınıza görə təşəkkür edirəm və xahiş edirəm ki, sərt sual olsa da, bilin ki, sizə hörmətdə qüsur etmək istəməzdim və sualın sərtliyini şəxsinizə qarşı dəyərləndirməyin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür