MUSA URUD, BƏLKƏ DİLLƏNƏSƏN...

08:48 13-06-2020 | icon 1200 | Köşə
MUSA URUD, BƏLKƏ DİLLƏNƏSƏN...

LÜTFƏN, DÖVLƏT BABANI ALDATMAYIN!


İGİD TEYMURLU

 

Dillən MUSA URUD, dillən! Çay görməmiş çırmanan, arx gəlməmiş atdanan MUSA URUD, indi sən sosial siyasətimizin Hadısısan. Fikirlərini isbatlamaq üçün tez-tez Qərbdan, Amerikadan sitat gətirirsən deyə, mən də elə sosial problemlərə görə yükümlü olduğunu nəzərə alıb üzümü sənə tuturam.

 

Sənin kimi diletant deputatxana işçilərinin (qüsura baxmayın, sizə əməllərinizə, açıqlamalarınıza rəğmən millət vəkili demək olmur) qanunlarımızı bərbad günə qoymaları ucbatından minlərlə AUTİZM SİNDROMLU uşaqlar beləcə Allahın və son tikəsini belə ciyərparasının yolunda yeməyib ona xərcləyən valideyinlərinin ümidinə qalıblar. Və beləcə Dövlət də öz övladına babalıq edə bilmir...


Aldatmayın Dövlət Babanı MUSA URUD!

Aldatmayın Dövlət Babanı, MƏLAHƏT İBRAHİMQIZI!

Aldatmayın Dövlət Babanı, AYTƏN EYNALLI!

Aldatmayın Dövlət Babanı, AİDİYYATI İNSTANSİYALAR!..


Əksər məmurlar və oğurluq pulla yaşayanları çıxmaq şərtilə bu gün Azərbaycanda heç bir ailənin o imkanı yoxdur ki, ayda 1500-2000 manat pul tapıb övladını reabilitasiya mərkəzlərinə aparsın, MUSA URUD!
Ailələr qarnına sənin kimi doyunca yemir, əyninə sənin kimi istədiyi kimi geyinmir, sənin kimi istirahət etmir ki, AUTİZM SİNDROMLU uşağının reabilitasiyasını təşkil edə bilsin. Bunu da ancaq bir, ya da iki ay edə bilirlər, MUSA URUD!


Sən nə həkim kimi həkimsən, nə də şair kimi şair, ay MUSA URUD!


Əgər sən əsil həkim olsaydın bilməliydin ki, AUTİZM SİNDROMLU uşaqların reabilitasiyaları, onların müəyyən vərdişlərə yiyələnmələri həm uzun müddət, həm də çoxlu para aparır. Əgər sən əsil şair olsaydın, dərdləriylə baş-başa qalan insanları anlamalıydın. Ancaq sən MUSA URUD nə həkim, nə də şair kimi anlayış nümayiş etdirməmisən və etdirmirsən də...

 


Reabilitasiya mərkəzlərinə dövlət tərəfindən yardım edilərsə, ən azından o mərkəzlərdə çalışan mütəxəssislərə dövlət tərəfindən əmək haqqı ödənilərsə, vergi yükləri azaldılarsa, çox güman ki, həmin 1500-2000 manat da aşağı düşər, MUSA URUD!

 


AUTİZM SİNDROMLU uşaqların gələcəkləri necə olacaq, ay URUD MUSA? Bu uşaqlar sabah böyüyəndən sonra yaşam təminatlarını hansı qanunlar çərçıvəsındə tənzimləyə biləcəklər, ay deputatxana işçiləri? Bu uşaqlar üçün harada və hansı iş yerləri yaradılıb, ay deputatxana işçiləri?

 


Bu uşaqların ev təminatlarının kim ödəməlidir? Bu uşaqlara Dövlət tərəfindən verilən müavinət heç onların quruda yol pullarını etmir, ay MUSA URUD!


NƏDƏN məhz bu uşaqlar üçün idman sağlamlıq mərkəzləri fəaliyyət göstərmir, ay URUD MUSA!
NƏDƏN qanunvericilikdə bu uşaqların təhsillərini artırmaq üçün müstəsna hüquqlar təsbit olunmur?
NƏDƏN bu reabilitasiya mərkəzlərinin fəaliyyətini tənzimləmək, onlara bu və ya digər formatda dayaq olmaq üçün ümumi bir mərkəz yaradılmır?

 

Nədən AUTİZM SİNDROMLU uşaqlarla bağlı təşkil olunan tədbirlər daha çox korporativ maraqlar çərçıvəsındə təşkil olunur?


NƏDƏN Heydər Əliyev Fondunun birbaşa yardımlıya tikilən mərkəzə cəlb olunan uşaqlarla bu mərkəzdən kənarda qalan gerçək autistlər arasında paralelləri göz qabağındaca aparıb əsil həqiqətlərin üzə çıxmasına çabalar edilmir?...


Buyurun MƏLAHƏT İBRAHİMQIZI, QƏNİRƏ PAŞAYEVA, AYTƏN EYNALLI. Bəlkə sizlər də bu sualların cavablandırılmasında Musa Yurda yardım da bulunasınız...

 

MUSA URUD, bəlkə dillənəsən. Bu kateqoriyadan olan uşaqlara sənin misal çəkdiyin Amerikada Dövlət Baba necə yanaşır və qanunvericilik onlara hansı haqqı tanıyır?.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi