İsti havada bu məhsulları yeyin

11:15 14-06-2020 | icon 700 | Sağlamlıq
İsti havada bu məhsulları yeyin

Həm sərinləşdirir, həm qoruyur

 
 

Yay aylarında qəbul edəcəyimiz bu məhsullar həm sərinləşdirir, həm orqanizmimizi vitaminlə təmin edir, həm də çəkimizi qorumağa kömək edə bilər. Bəs onlar hanıslardır?

 
 
1. Qarğıdalı
 
Təzə qarğıdalı yayın favoritləri arasındadır. 1 stəkan bişmiş qarğıdalıda 5 qram lif var və cəmi 117 kaloridir. Günəşin zərərli şüalarının ziyanlarını aradan qaldırmağa kömək edir.
 
 
 
2. Buzlu qəhvə
 
Gündə 1 fincan qəhvə dəri xərçəngi riskini azaldır. Bu nəticələr "European Journal of Cancer Prevention" jurnalında yayımlanıb.
 
 
3. Albalı
 
Sağlamlıq üçün faydaları saymaqla bitmir. Albalı suyu gecə keyfiyyətli yuxunun ən yaxşı dərmanıdır. Bu meyvənin tərkibindəki birləşmələr həmçinin arıqlamağa, bədəndəki artıq yağları yandırmağa kömək edir.
 
 
 
4. Pomidor
 
Yayın yandıcı günəşindən qorumaq üçün kremlərlə yanaşı pomidorun da faydası var. Belə ki, bu məhsulun tərkibindəki likopen günəş yanıqlarından dərini müdafiə edir.
 
 
 
5. Qarpız
 
Bədəndəki mayenin səviyyəsini qorumağa kömək edir. 92 faizi su olan qarpız həm orqanizmdə faydalı minerallar və vitaminlərin daxil olmasına kömək edəcək, həm də susuzluğunuzu aradan qaldıracaq. Bundan başqa tərkibindəki likopen ilə dərinizi də müdafiə edəcək.
 
 
6. Moruq
 
Xolestrolun azalmasına kömək edən liflərlə zəngindir. 1 stəkan moruq cəmi 64 kaloridir. Bu isə arıqlamağa da kömək edə bilər.
 
 
 
7. Buzlu çay
 
Müntəzəm çay içmək alzaymer və diabetik xəstəliklər riskini azaldır. Hansı növü olmasından asılı olmayaraq təzə dəmlənmiş çayın içilməsi flavonoidlərin təsirini artırır.
 
 
 
8. Qaragilə
 
Antioksidan dəyərinə görə tut və nardan sonra üçüncüdür. Bu meyvə əzələlərdəki sərbəst radikalları aradan qaldırır və bu yolla da yorğunluğunuzu azaldır.
 
 
 
9. Çiyələk
 
1 stəkanı cəmi 50 kalori olan çiyələk C vitamini ilə zəngindir. Bu isə immun sistemini gücləndirməklə yanaşı, dərinizi də gözəlləşdirəcək.
 
 
10. Qabaq
 
Yaşla bağlı olaraq gözdə yaranan zəifləmənin, bəzi xəstəliklərin qarşısını almağa kömək edir.
 
 
 
11. Təzə Lobiya
 
Cəmi 1 stəkan bişmiş lobiya mükəmməl K vitamini qaynağıdır. Güclü və sağlam sümüklər üçün isə bu çox vacibdir.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı