Mübariz Mənsimovun vəkilindən AÇIQLAMA

01:33 15-06-2020 | icon 756 | İqtisadiyyat
Mübariz Mənsimovun vəkilindən AÇIQLAMA

“Məxfilik qərarı ləğv olunmasa...”

 

“Palmali Holding” şirkəti və Mübariz Mənsimovun şəxsi vəkili Fateh Turhan Mübariz Mənsimov haqqında son günlər yayılan xəbərlərlə bağlı açıqlama verib.

 

Versus.Az-ın məlumatına görə, şirkətin mətbuat katibi Fidan Quliyeva bildirib ki, Mübariz Qurbanoğlu haqsızlıqla üzləşib:

“Şirkətimizin bir müddət əvvəl verdiyi mətbuat açıqlamalarında deyildiyi kimi, Palmali Şirkətlər Qrupunun qurucusu Mübariz Qurbanoğlu yalan iddialar nəticəsində böyük haqsızlıqla üzləşib. Cənab Qurbanoğluna qarşı başladılan istintaq Məhkəmə mərhələsinə keçdi. Bu günə kimi bəzi media qurumlarının yayın orqanlarında Mübariz Qurbanoğlu ilə əlaqədar mücərrəd və yalan şahid ifadələrindən ibarət məqsədli şəkildə xəbərlərin verildiyi müşahidə edildi. Media yayın orqanlarının xəbərlərində Qurbanoğlu tərəfindən guya Türkiyə Respublikasının Prezidenti Hörmətli Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi bütün söz və ifadələr təhrif edilmiş fikirlərə əsaslanıb və həqiqəti əks etdirmir.

Təqsiri sübut edilməyincə, heç kim günahkar sayıla bilməz və hər kəsin ədalətli məhkəmə dartışması hüququna malik olduğu şübhəsizdir. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, cənab Qurbanoğlu haqqında davam edən məhkəmə prosesinə qəsdən təsir göstərmək məqsədi daşıyan, saxta şahid ifadələrinin gerçək kimi təqdim edildiyi bu cür məqsədli və insan haqlarına zərbə vuran xəbərlərə etibar edilməməsinin zəruriliyini, hörmətli Qurbanoğlunun davam edən hüquqi proses zamanı günahsız olmasının sübuta yetiriləcəyinə dair inanımımızın tam olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq.”

 

Mübariz Mənsimovun şəxsi vəkili Fateh Turhan isə açıqlamasında bunları bildirib: 

“Hüquqlarını müdafiə etdiyim Mübariz Qurbanoğluna qarşı irəli sürülən iddianamə cavabdeh olan məhkəmə tərəfindən qiymətləndirmə mərhələsindədir və istintaqdakı məxfilik qərarı ləğv olunmasa da, 12.06.2020-ci il tarixindən bəri bəzi media orqanlarında Mübariz Qurbanoğlu haqqında əsassız və iftira dolu şahid ifadələrinin gerçək kimi xəbər başlıqlarına çıxarılması məhkəməyə təzyiq göstərmək və ictimaiyyəti çaşdırmaq məqsədini daşıdığını görürük.


Bəzi media orqanlarının mətbuat azadlığı ilə uzlaşmayan və istintaqın məxfiliyini pozan bu yanaşma müvəkkilimin etibarını zədələməyə yönəlmiş təzyiq əməliyyatının və ona qarşı qurulmuş böhtan kampaniyasının davam etdiyini göstərir.


Bu səbəbdən müvəkkilim haqqında bir sıra media orqanlarında bu tip xəbərlərə inanılmamasının vacibliyini bildirərək ictimaiyyətə hörmətimi ifadə edirəm”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür