Nüşabə Məmmədova Avropa Parlamenti üzvlərinə təşəkkür məktubu ünvanlayıb

12:35 15-06-2020 | icon 612 | Cəmiyyət
Nüşabə Məmmədova Avropa Parlamenti üzvlərinə təşəkkür məktubu ünvanlayıb

Məktubda sülh naminə ədalətli, humanist prinsiplərə əsaslanan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunur

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Avropa Parlamentinin üzvləri - Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyuranda təşəkkür məktubu göndərib.

 

Məlum olduğu kimi, 10 iyun 2020-ci ildə Avropa Parlamentində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə həlli prosesində böyük siyasi əhəmiyyət kəsb edən, yüksək siyasi əhəmiyyətə malik olan Birgə Bəyannamə qəbul edildi. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanmış bu sənəddə Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomagistralın tikilməsinə etiraz bildirilərək bu cür qanunsuz fəaliyyətlərin beynəlxalq hüquq normalarına zidd addım təşkil etməsi müddəası əks olundu.

 

Versus.Az xəbər verir ki, IDDA sədrinin göndərdiyi məktubda qeyd olunur ki, “bu kimi rəsmi bəyanatlar regionda, həmçinin Avrasiya məkanında uzun müddət davam edən münaqişələrin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə həllinə töhfə verməklə yanaşı, hər bir dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı baxımından əhəmiyyətlidir.”

Həmçinin Ermənistanın 25 ildən çox müddət ərzində BMT-nin Qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edərək, münaqişənin həlli prosesinə mane olduğu qeyd olunur.

 

Məktubda regionda və dünyada sülh naminə ədalətli, humanist prinsiplərə əsaslanan əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunur.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...