Zədələnmiş ağciyərin müalicəsində ƏN SON ÜSUL

10:23 17-06-2020 | icon 269 | Sağlamlıq
Zədələnmiş ağciyərin müalicəsində ƏN SON ÜSUL

Koronavirus xəstələrinin ağciyərləri çox uzunmüddətli bərpa tələb edə bilər.

 

Versus.az xəbər verir ki, bu sözləri Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, pulmonoloq Aleksandr Karabinenko Rusiya mətbuatına verdiyi müsahibədə deyib.

 

Mütəxəssis bildirib ki, infeksiya insanın tənəffüs sisteminə maneə törədir və nəticədə ağciyərlərinə təsir edir. Ağciyərlərdə bir çox xəstəlikdən sonra fibroz dəyişikliklər meydana gəlir. "İnsanlar uzun bərpa tələb edən struktur dəyişikliklərini yaşayır", - çıxışında həkim qeyd edib.

 

Karabinenkonun sözlərinə görə, ağciyər toxuması zamanla bərpa oluna bilər, lakin bərpa müddəti hər bir insanın bədəninin fərdi xüsusiyyətlərindən asılı olacaq.

 

Xatırladaq ki, İsveç həkimləri koronavirus infeksiyasının əsas ağırlaşması zamanı meydana gələn ağciyər toxumalarının zədələnməsini kök hüceyrələri ilə müalicə etməyi təklif edib. Qeyd olunub ki, kök hüceyrə müalicəsi kəskin tənəffüs çətinliyi sindromuna (KRDS) gətirib çıxaran kəskin immun sistemi reaksiyasının qarşısını ala bilər. KRDS ağciyərlərin qanı oksigen ilə təmin edə bilməməsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol