Partiya sədri Milli Şuranı kəskin tənqid etdi

11:43 17-06-2020 | icon 314 | Siyasət
Partiya sədri Milli Şuranı kəskin tənqid etdi

Fuad Əliyev: "Küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir"

 

Milli Şuranın “zoom konfransı”ndan yayılan son video cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli bir müddət öncə Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevinir.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibətini bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Milli Şuranın rəhbərliyini kəskin tənqid edib.

 

Partiya sədri bildirib ki, Milli Şuranın onlayn iclaslarında qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir:

"Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar, başqalarını təhqir edirlər. Həyatda heç nəyə nail olmayan biri professoru təhqir edir. Başqası isə universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı. İndi isə bunlar xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclasda bir qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırır. ”Rüstəm Şou-Maski Şou"nu davam etdirən professor “yox, qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm”- deyir. Bu nə yanaşmadı, bu nə düşüncədir? Böyük bir adı daşıyan Şura xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi". /"Yeni Müsavat"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı