Bayramınız mübarək, əziz həkimlərimiz!

12:39 17-06-2020 | icon 1547 | Sağlamlıq
Bayramınız mübarək, əziz həkimlərimiz!

VERSUS.AZ: Arzu edirik tibb elmi heç bir xəstəlik qarşısında aciz qalmasın

 

17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günüdür. İnsanların sağlamlığını qorumaq, onlara sağlam həyat bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir.

 

Koronavirus pandemiyasının geniş yayıldığı zamandan, istər dövlət, istərsə də özəl xəstəxanalarda tibb işçilərimiz daima ön xəttdə dayanır. Azərbaycanın fədakar tibb işçiləri həkimlərlə bərabər xəstələrə çox yüksək səviyyədə xidmət edirlər.

 

Belə bir vaxtda Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının həkim personalı da vətəndaşlarımızın sağlamlığının keşiyində durub. Karantin dövründə xəstələrlə onlayn əlaqə saxlamaqla daim onların sağlamlıqlarını diqqətdə saxlayıblar. Klinikanın baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA müxtəlif xəstəliklərlə bağlı mütəmadi olaraq Versus.Az-ın oxucularını məlumatlandırıb. Bir sözlə, Azərbaycanın tibb işçiləri yaşadığımız pandemiya dövründə hərəsi öz xidmətini göstərdi.

 

Versus.Az hər çətin yolda öz peşələrini fədakarlıqla yerinə yetirən, bu gün bacardığını edən, hər kəsə yetişməyə çalışan Azərbaycanın bütün tibb işçilərini səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzu edir.

 

Arzu edirik ki, tibb elmi heç bir xəstəlik qarşısında aciz qalmasın.

Gününüz mübarək, əziz həkimlərimiz!

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin