6 dövlət başçısı bir araya gəlir

13:02 17-06-2020 | icon 273 | Siyasət
6 dövlət başçısı bir araya gəlir

"Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iyunun 18-də dövlət başçılarının Zirvə görüşü keçiriləcək.

 

Versus.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, görüş videokonfrans formatında olacaq:

“Zirvə görüşü ali səviyyədə baş tutacaq. Bu görüşdə xarici işlər nazirlərinə onlayn formada dinləmək imkanı veriləcək”.

 

XİN rəsmisi qeyd edib ki, iyunun 11-də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən xarici işlər nazirlərinin videokonfransında bir çox məsələlərə toxunulub:

“Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təxribat xarakterli addımlarla bağlı Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib. Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 11-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfrans formatında keçirilən görüşündə hər zaman olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, eləcə də, bölgədə sülh və təhlükıəsizliyin təminatı məsələlərinə toxunub. Bu konteksdə də münaqişənin həllinin zəruriliyini bir daha iştirakçıların diqqətinə çatdırıb”.

 

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramının üzvləri Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna dövlətləridir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin