"Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur"

13:43 17-06-2020 | icon 464 | Sosial
"Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur"

“İnsanların Bakıdan rayona getməsinə imkan yaratmaq lazımdır”

 

“Azərbaycanda koronavirusla bağlı narahatedici məqam olsa da, yoluxma sayı elə də çox deyil. Ölkəmizin 10 milyon əhalisi var, yoluxma sayı isə 0,1 faizdir. Buna baxmayaraq, bir sıra hal bizi narahat edir”.

 

Versus.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev deyib.

 

O, Bakı sakinlərinin sərt karantin günlərində rayonlara axın etməsinə də münasibət bildirib. Baş infeksionistin fikrincə, insanların bölgələrə etməsinə şərait yaradılmalıdır:

“Bir qisim insanlar var ki, ya işləmir və ya da məzuniyyətdədir, rayona getmək istəyir. Onlara imkan yaratmaq lazımdır. Təbii ki, bunun da mexanizmi hazırlanmalıdır. Bununla Bakıda insan sayını azaltmaq olar. Koronavirusa yoluxmayanlar 1 aylıq rayona evlərinə gedə bilər. Bu haqda fikirləşməyə dəyər. İnsanların məcburi Bakıda saxlamaq da düz deyil. Çünki onlar da çölə çıxmağa meyilli olurlar. Bu da təbii ki, subyektiv fikrimdir. Bu işi görmək üçün də ölkədəki vəziyyət təhlil edilməli və qərar qəbul edilməlidir. Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur. Rayonlarda əhalinin sıxlığı paytaxta nisbətən aşağıdır”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI