Milli Məclisin 2 əməkdaşı da koronavirusa yoluxdu


Azərbaycan Respublikasının Milli Məclisində karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Versus.az-a verilən məlıumata görə, bu testlər nəticəsində parlamentin İşlər İdarəsinin iki əməkdaşında "COVID-19" testinin nəticəsi müsbət çıxıb.
Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək, karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.
Milli Məclisin "COVID-19" testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.
Xəbər lenti

Millət vəkili maaşların nə qədər artacağını AÇIQLADI
"Əməkhaqqı artımları növbəti aylarda da davam edəcək”