“Münaqişənin həlli ilə bağlı alternativsiz variant müharibədir”

17:46 17-06-2020 | icon 475 | Siyasət
“Münaqişənin həlli ilə bağlı alternativsiz variant müharibədir”

Nüşabə Məmmədova: “Yalnız bu yolla ağır siyasi və iqtisadi tənəzül dövrünü yaşayan Ermənistanın blokada vəziyyətindən çıxması mümkündür”

 

“Son günlər Ermənistanda baş verən mürəkkəb siyasi proseslər, kütləvi iğtişaşlar Ermənistanın ağır vəziyyətini daha da ağırlaşdırmaqdadır. Güvənli iqtisadi patensialı olmayan, ölkənin saxlanmasında xarici qrantlara arxalanan, soial-iqtisadi, təhsil və digər sahələri xarici donorlar vasitəsilə maliyələşdirən Ermənistan, COVİD-19 pandemiyası dövründə bu imkanlardan yetərincə yararlana bilmir”.

 

Bunu Versus.az-a açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, politoloq Nüşabə Məmmədova bildirib.

 

Bu gün dünyanın tam yeni bir mərhələyə qədəm qoyduğunu deyən politoloq, Ermənistanın artıq bir çox dövlətlərin maraq dairəsindən uzaqda olduğunu önə çəkib:

 

““Çiçəklənən Ermənistan” müxalifət partiyasının rəhbəri Qarik Tsarukyan parlamentdə çıxışında bildirdi ki, “.. Heç kim Ermənistana investisiya qoymaq istəmir.. Üç aydan sonra isə ölkə aclıqla üz-üzə qalacaqdır". Digər tərəfdən, 4 il keçməsinə baxmayaraq, Ermənistan hakimiyyəti bu günə qədər 2016-cı il aprel döyüşlərində aldığı zərbədən qurtula bilmir və bu zərbə təqib edən kabusa çevrilib. Bu ilin aprel ayının 7-dən başlayarq eks-prezident Serj-Sarkisyan, Ermənistanın aprel döyüşlərində məğlubiyyət səbəblərini araşdıran xüsusi “deputat komissiyası” qarşısında ittihamlara cavab verməli oldu ki, hazırkı qarşıdurmanın səbəblərindən biridir”.

 

Politoloq bildirib ki, mövcud vəziyyətdə münaqişənin sülh yolu ilə həlli, Ermənistanın danışıqlar yolu ilə işğal olunmuş Dağlıq Qarabağ və ətrafında olan 7 rayondan geri çəkilməsi olduqca aktualdır:

 

“Yalnız bu yolla ağır siyasi və iqtisadi tənəzül dövrünü yaşayan Ermənistanın blokada vəziyyətindən çıxması mümkündür. Ermənistan hakimiyyəti bu reallığı dərk etməlidir və dövlət olaraq mövcud olmaq maraqlarını qrantlar hesabına deyil, regional layihələrə qoşulmaqla həyata keçirməlidir. Bunun yeganə yolu işğal etdiyi əraziləri sülh yolu ilə tərk etməsidir. Əks halda bütün regional layihələrdən təcrid olunmuş bu ölkənin perespektivi ümidsizdir, məhvə məhkumdur.

Münaqişənin həlli ilə bağlı alternativsiz variant - müharibədir. Ermənistan hakimiyyəti çox gözəl bilir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə, Azərbaycan ordusunun gücü qarşısında aciz erməni ordusu təkrar rüsvayçi məğlubiyyətə uğrayacaqdır. Bu aspektdən son günlər Ermənistan rəsmiləri müharibəni qətiyyətlə istəmədiklərini bəyan edirlər. Bu təsadüfi deyildir. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əsk etdirir”.

 

N.Məmmədova bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bütün aparıcı beynəlxalq təşkilatlar münaqişəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar bəyanatlar verirlər:

“Yerigəlmişkən qeyd edim ki, bir neçə gün öncə, iyun ayının 10-da Avropa Parlamentində yüksək siyasi əhəmiyyətə malik olan Birgə Bəyannamə qəbul edildi.  Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanmış bu sənəddə Ermənistanla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomagistralın tikilməsinə etiraz bildirilərək bu cür qanunsuz fəaliyyətlərin beynəlxalq hüquq normalarına zidd addım təşkil etməsi müddəası həmin bəyannamədə əks olundu. İlk dəfə idi ki, Avropa Parlamenti səviyyəsində Ermənistandan başlanan və Azərbaycanın işğal olunmuş ərazilərinədək davam edən qanunsuz infrastruktur layihəsi bu qədər açıq və birmənali bəyanatla pislənilirdi. Şübhəsiz ki, bu bəyanat Ermənistan siyasi dairələrində böyük ajiotaj yaratdı. Bu bizim, Azərbaycan diplomatiyasının növbəti uğuru idi”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı