"Paşinyan onlardan pul dilənib"

18:45 17-06-2020 | icon 666 | Geopolitika
"Paşinyan onlardan pul dilənib"

Əlisahib Hüseynov: "Ermənistan hakimiyyəti heç bir uğurdan danışa bilməz"

 

"Pandemiya bəzi ölkələr və toplumlar üçün sadəcə sosial-tibbi imtahandırsa da, lakin ermənilər üçün pandemiyanın tamam fərqli anlamı var. Koronavirus sanki Ermənistana ilahi cəza kimi, ümummilli bəla kimi təşrif gətirib. Bu gün pandemiya gerçəkdən də Ermənistanı çökdürməkdədir. Görünən budur ki, Paşinyan hakimiyyəti böhranın öhdəsindən gəlməkdə tamamilə aciz qalıb. Bütün erməni KİV-ləri və ekspertləri Ermənistanda yaranmış acınacaqlı durumla bağlı həyəcan təbili çalır. “Covid-19” infeksiyasına yoluxma halları hər gün durmadan artır. Bu gedişlə çox güman ki, düşmən ölkədə total təcrid rejimi tətbiq ediləcək. Çünki 3 milyona yaxın əhalisi olan Ermənistanda artıq 13 325 nəfər koronavirusa yoluxub. Onlardan 4099 nəfəri sağalıb, 8052 nəfərin müalicəsi davam etdirilir, 211 nəfər isə ölüb".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədri vurğulayıb ki, bu rəqəmlər Ermənistanın nə qədər katastrofik durumda olduğunu aydın surətdə göstərir. Onun sözlərinə görə, Cənubi Qafqaz respublikaları arasında pandemiya göstəriciləri ilə bağlı durum yalnız Ermənistanda bu dərəcədə qorxuncdur. Odur ki, indi erməni KİV-lərinin, Ermənistan siyasətçilərinin öz ölkəsini Gürcüstan və Azərbaycanla müqayisə etmələri üçün heç bir əsasları yoxdur:
 
"Amma ümumi mənzərə daha aydın olsun deyə, biz özümüz Azərbaycanla Ermənistan arasında müqayisə apara və ciddi statistik fərqləri ortaya çıxara bilərik. Belə ki, 10 milyon əhalisi olan Azərbaycanda cəmi 10662 nəfər infekisyaya yoluxub. Onlardan 5948 nəfəri sağalıb, 4588 nəfərin müalicəsi avam etdirilir, 126 nəfər isə dünyasını dəyişib. Keçirilən testlərin sayındakı nisbət fərqi də ermənilərin xeyrinə deyil. Azərbaycan bu günə qədər 391,699 koronavirus testi keçirib, Ermənistanda isə keçirilən test sayı bundan təxminən 5 dəfə azdır: 70 000. Koronavirusun fəsadları ilə mübarizə məqsədilə xərclənən vəsaitin miqdarı isə ümumiyyətlə, müqayisəyəgəlməz ölçüdədir. Belə ki, Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində 3.5 milyard manat xərcləyib. Ermənistan isə bu iş üçün cəmi 300 milyon dollar ayıra bilib. Hərçənd ki, pandemiya ilə mübarizə üçün Ermənistana edilən xarici yardımlar Azərbaycana aytrılan vəsaitlərdən qat-qat çoxdur. Gəlin rəqəmlərə nəzər salaq. ABŞ hökuməti Azərbaycana 5.3 milyon dollar, Avropa Birliyi isə 14 milyon avro yardım edib. Həmçinin Türkiyə, Çin və Rusiya ölkəmizə müəyyən qədər texniki-humanitar yardım göstərib. Ermənistana edilən yardımların miqdarı da, miqyası da bizə edilən yardımların həcmindən çox böyükdür. Amerika Birləşmiş Ştatları bu ölkəyə 5.4 milyon dollar, Avropa Birliyi isə 92 milyon avro ayırıb. Eyni zamanda, Rusiya Ermənistana texniki, Çin tibbi-texniki, İran nəqliyyat-yükdaşıma, Bolqarıstan və Litva humanitar, Gürcüstan isə tiibi yardımlar göstərib".
 
 
Ə.Hüseynov onu da xüsusi qeyd etdi ki, Ermənistan hökuməti pandemiyanın fəsadları ilə mübarizənin təşkili üçün inkişaf etmiş ölkələrə, beynəlxalq maliyyə fondlarına müraciət edib, onlardan maliyyə dəstəyi istəyib:
 
"Loru dillə desək, Paşinyan onlardan pul dilənib. Ancaq Azərbaycan isə nəinki heç kimə ağız açmayıb və maliyyə yardımları istəməyib, əksinə, bizim ölkəmiz özü indiyə qədər bir çox ölkələrə koronavirusla mübarizə məqsədilə yardım edib. Eləcə də, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) da ölkəmiz tərəfindən 10 milyon dollar maliyyə dəstəyi verilib.
 
Bu saat Ermənistan təkcə yoluxma sayının təhlükəli dərəcədə artımı ilə və maliyyə sıxıntıları ilə deyil, eyni zamanda bir çox cari problemlərlə də üzləşib. Məsələn, panik durum yaşayan Ermənistan hakimiyyəti hazırda xəstəxanaların sayının azlığına görə həddindən artıq narahatdır. Bu gün Azərbaycanda 570 xəstəxana fəaliyyət göstərdiyi halda, Ermənistanda isə cəmi 130 xəstəxana var. Bu xəstəxana resursları təbii ki, yoluxma sayının sürətli artımına adekvat deyil. Həkimlərin sayına görə də Azərbaycan Ermənistandan yaxşı mənada fərqlənir. Bizdə həkimlərin sayı 31 min 800 nəfərdir, Ermənistanda isə 13 min 591 nəfər həkim fəaliyyət göstərir.
Ermənistan test çubuqlarının qıtlığı baxımından da ciddi problemlə üzləşib. Bunu Ermənistan Səhiyyə Nazirliyinin mətbuat üzrə sözçüsü Alina Nikoqosyan da etiraf edib. O, özünün Facebook səhifəsində bildirib ki, hazırda ölkədə koronavirusun test edilməsi üçün istifadə edilən test çubuqlarının çatışmazlığı yaşanır. Bu isə onu göstərir ki, düşmən ölkədə pandemiya ilə mübarizə prosesində ən sadə tibbi ləvazimat sayılan test çubuqları belə çatışmırsa, bu gün Ermənistan hakimiyyəti heç bir uğurdan danışa bilməz.
 
İnfeksiyaya yoluxma hallarının həndəsi silsilə ilə artması, karantin rejiminin nəticəsində ölkədə sosial-iqtisadi vəziyyətin daha acınacaqlı vəziyyətə düşməsi bizdən fərqli olaraq sıravi erməniləri hətta işıq, qaz problemləri ilə də imtahana çəkməkdədir. Son üç aylıq pandemiya dönəmində Azərbaycanla müqayisədə Ermənistan əhalisi elektrik və qazla təchiz olunmaq məsələsində çox ciddi problemlərlə üzləşib. Belə ki, pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi halları ümumiyyətlə, baş verməyib. Ermənistanda isə 4300 abonentin elektrik enerjisi, 736 abonentin isə təbii qazı kəsilib".
 
 
DADP sədrinin fikrincə, bütün bunlar heç şübhəsiz ki, dərin ictimai-siyasi böhrana gətirib çıxarmalıydı. Bu gün Ermənistanda siyasi böhranın gündən-günə dərinləşməsinin müşahidə edildiyini vurğulayan Ə.Hüseynovun sözlərinə görə, indi Ermənistanda pandemiyanın ağır fəsadlara səbəb olması, virusa qarşı mübarizənin düzgün aparılmaması birbaşa Paşinyan hökumətinin uğursuzluğu kimi təqdim edilir:
 
"Baş nazirin opponentləri KİV-lərə verdikləri açıqlamalarda və siyasi debatlarda bu gün Ermənistanda “Covid 19”-un bu dərəcədə kritik nəticələrə səbəb olmasını ilk növbədə Paşinyanın bu təhlükəyə qeyri-ciddi yanaşması və hökumətin gərəkən önləyici tədbirlərə vaxtında start verməməsi ilə əlaqələndirirlər. Sabiq Baş nazir Hrant Baqratyanın bu yaxınlarda koronavirus pandemiyasının Ermənistanı çox zəiflətdiyini açıq şəkildə etiraf etməsi və “Mən Əliyevin yerində olsam 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm” tipli qalmaqallı açıqlama verməsini bu gün nə erməni ictimaiyyəti, nədəki Paşinyan unutmayıb.
 
Eləcə də Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryanın etirafları da düşmən ölkənin hansı durumda olmasını açıb göstərir. Sabiq nazir bildirib ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Yeqizaryanın sözlərinə görə, “son aylarda hökumətin tətbiq etdiyi anti-böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir. Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Ermənistanı ağır duruma salmağına görə Paşinyanı əminliklə təbrik etmək olar. Pandemiya da heç nşübhəsiz ki, bu işdə ona yardımçı oldu. Ermənistan əvvəlki dövlət başçılarının dövründə heç vaxt indiki qədər çıxılmaz vəziyyətə düşməmişdi. Paşinyanın Ermənistanı hazırki acınacaqlı duruma salması üçün ikicə il bəs etdi. İndi pandemiya və zaman Paşinyanın əleyhinə işləyir. Paşinyan isə Facebook paylaşımları ilə, canlı yayım söhbətləri ilə ermənilərin başını aldatmağa davam edir.
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF